Rusiya Azərbaycanın koronavirus əleyhinə vaksini əldə etmək marağında olduğu bildirilib Tatyana Qolikova
“Artıq bir çox ölkələr Rusiyanın koronavirus əleyhinə vaksinini əldə etmək arzusundadırlar”. SİA “Rossiya 24” telekanalına istinadən xəbər verir ki, Rusiyanın baş nazirinin müavini Tatyana Qolikova prezident Vladimir Putinin keçirdiyi iclasda bunu bəyan edib.
“Rusiyanın xarici işlər nazirliyinin məlumatına görə, bu gün koronavirus infeksiyasına qarşı vaksini əldə etmək üçün 27 ölkə müraciət edib”, Qolikova bildirib. Onun sözlərinə görə, bir sıra ölkələr müxtəlif formalarda Rusiya ilə əməkdaşlıq etməyə hazırdırlar. Söhbət, əsasən müştərək şəkildə vaksinin hazırlanması və humanitar yardımının çatdırılması üçün istehsalın lokallaşdırılmasından gedir.
Rusiyaya müraciət edən ölkələr sırasında Qolikova Azərbaycanın, Belarusun, Braziliyanın, Venesuelanın və Qazaxıstanın adını çəkib. Daha öncə isə rus vaksininə Serbiya da maraq göstərib.
“27 ölkə üçüncü fazada olan “Sputnik V”in klinik nəticələrini diqqətlə izləyir”, Qolikova bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB