Aydın olan odur ki, ermənilər təxribatlardan əl çəkməyəcəklər. Bu sözləri SİA-ya verdiyi açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Mərkəzin rəhbərinin sözlərinə görə, ermənilər təxribatlardan ona görə əl çəkməyəcəklər ki, onlar vahimə içərisindədirlər. “Ermənilər bilirlər ki, Azərbaycan münaqişənin yekun həllinə hazırlaşır. Dövlət başçısı Cənab İlham Əliyev də son açıqlamalarında açıq bildirir ki, danışıqlar fayda vermir, nəticə vermir və Azərbaycan yekun həllə hazırlaşmalıdır. Yekun həllin nədən ibarət olduğunu isə ermənilər yaxşı anlayırlar. Ona görə də, belə təxribatlara yol verirlər. Bizim hərbi planları öyrənmək istəyirlər. Hərbi məntəqələrin yerini müəyyənləşdirməyə çalışırlar. Amma hər dəfə də məyusluğa düçar olurlar. Çünki, ələ keçirlər.
Mən düşünürəm ki, bu təxribatlardan onlar əl çəkməyəcəklər və bu davamlı şəkil alıb. Getdikcə bu təxribatların, kəşfiyyat qruplarının sayı da arta bilər. Şəkillə bağlı iradları da yersizdir. Ona qalsa, bizim iki girovumuzu Dağlıq Qarabağda həbs etdikləri, necə işgəncə verdikləri də özlərinə bəllidir. Bizsə, erməni hərbçisini əsir götürmüşük və normal şəraitdə də o saxlanılır. Qırmızı Xaç Komitəsi də həmin şəraitlə tanış olmaq imkanına malik olub.
Amma biz nə təklif edirik? Biz təklif edirik ki, girovları hamının hamıya prinsipi ilə dəyişək. Biz Dağlıq Qarabağda beynəlxalq hüquqa zidd şəkildə, qanunsuz saxlanılan iki girovumuzu erməni girovlarla dəyişməyə hazırıq. Amma Ermənistan hakimiyyəti öz hərbçilərinin taleyini düşünmür və bizim girovları da hamının hamıya prinsipi ilə azad etmək istəmir. Ona görə də ermənilərin bu təxribatları artdıqca, ələ keçirilən hərbçilərinin də sayı artacaq”, deyə Elxan Şahinoğlu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB