“Prezident xalqa dəstəyini əsirgəmir, xalq da daim öz Prezidentinə dəstəkdir” İsa Həbibbəyli
“Bu gün dövlət başçımız İlham Əliyevin atdığı hər bir addım Azərbaycan dövlətinin uğurlu inkişafı, xalqın rifahının yaxşılaşmasına xidmət edir. Və son 17 ildə görülən işlərin uğurlu nəticələri bir daha bu realığın göstəricisidir. Məhz son on yeddi ildə Azərbaycan öz dinamik inkişafını təmin edib, mühüm transmilli enerji və nəqliyyat layihələrini icra edib, planetin azsaylı kosmik dövlətləri sırasına daxil olub, ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinin əsaslı inkişafına nail olunub. Cəmiyyəti düşündürən istənilən məsələdə dövlət başçısı daima xalqla həmrəylik nümayiş etdirib və irəli sürülən məsələlərin həlli ilə bağlı operativ tədbirlər həyata keçirib”. Bunu AMEA-nın vitse prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli “SƏS” qəzetinə açıqlamasında deyib.
İ.Həbibbəyli bildirib ki, bu gün dünyanı cənginə almış COVİD-19 pandemiyasına qarşı hər bir ölkə müxtəlif üsullarla mübarizə aparmaqdadır: “Bəzi ölkələrin iqtisadiyyatı təmamən ziyana uğrayıb, bəzi ölkələrin əhalisi gözlə görünəcək qədər azalıb, bəzi ölkələr isə bu virusa qarşı vaxtında mübarizəyə başlaya bilib. Azərbaycan da məhz bu sıradakı ölkələrə aiddir. Prezidentimizin düzgün siyasəti, uzaqgörənliyinin nəticəsidir ki, hazırda 46 xəstəxana koronavirusun müalicəsi üçün istifadəyə verilib. Bu xəstəxanaların hər biri yüksək tibbi avadanlıqlarla təchiz olunub. Virusdan qorunmaq üçün qabaqlayıcı tədbirlər görülüb, Prezidentimizin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi, modul tipli xəstəxanalar açılıb, uğurlu addımlar atılıb. Budur uğrlu inkişaf! Budur, Azərbaycan Prezidentinin öz xalqına diqqəti, qayğısı”.
İ.Həbibbəyli dövlət idarəçiliyi sistemini daim təkmilləşdirən Prezident İlham Əliyev cənablarının hətta qlobal pandemiya ilə mübarizə dövründə də bu istiqamətdəki islahatlarını davam etdirdiyini və bu qətiyyətli və düşünülmüş addımların vətəndaşlar tərəfindən yüksək qiymətləndirildiyini bildirib: “Çünki belə görüşlərdə dövlət yeni təyin olunan icra başçılarına xalqa xidmət etməyi, rəhbəri olduqları rayonlarda mövcud olan nöqsanları, çatışmazlıqları araşdırmağı, insanları narahat edən problemlərin həllinə çalışmağı, əyri yolla getdikləri halda qanun qarşısında cavab verəcəklərini diqqətlərinə çatdırır. Elə bugünlərdə ölkə Prezidentimiz Biləsuvar və Saatlı rayonlarına təyin etdiyi yeni icra hakimiyyəti başçıları ilə videoformatlı görüşündə də bir daha həmin şəxslərə ciddi xəbərdarlıq etdi və qarşılarına mühüm tələblər, vəzifələr qoydu”.
İ.Həbibbəyli onu da bildirib ki, dövlət başçısı bütün çıxışlarında hər bir məmurun xalqının xidmətçisi olmağını dəfələrlə deyib və bu görüşdə də yeni təyin olunan icra başçılarına bir daha xatırladaraq dedi: “Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla bütün dövlət məmurları xalqın xidmətçiləridir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar göstərib və mən bütün təyin etdiyim kadrlardan bunu tələb edirəm”.
“Dövlət başçımızın idarəçilik keyfiyyətləri sırasında diqqətçəkən ən mühüm məqam ictimai öhdəliklərə, xalq qarşısında verdiyi hər bir vədə yüksək sadiqlik göstərməsi, xalqın sosial rifahının yaxşılaşdırılması, ölkənin iqtisadi cəhətdən möhkəmlənməsi üçün davamlı tədbirlər həyata keçirməsidir”,- deyən İ.Həbibbəyli bildirib ki, əsl siyasət konkret real iş görməkdir: “Göründüyü kimi, məhz bu gün cənab İlham Əliyevin xalqa layiqli rəhbərlik missiyasının əsasında hər bir vətəndaşın maraq və mənafeyini maksimum dərəcədə təmin edən mükəmməl idarəetmə sisteminin yaradılması istəyi dayanır. Bütün bunlar, bir daha sübut edir ki, Azərbaycan dövləti və Prezidenti daim xalqının yanındadır və keçirilən müşavirələrdə də məmurları xalqla bir olmağa, xalqın dərd-səri ilə şərik olmağı tələb edir. Bu hər şeydən əvvəl Prezident İlham Əliyevin bəyan etdiyi "siyasətimizin mərkəzində Azərbaycan insanı dayanır" prinsipinin növbəti əyani təcəssümü sayıla bilər. Çünki insana tükənməz qayğı, onun həyat şəraitinin yaxşılaşdırılması Azərbaycan hakimiyyətinin əsas qayəsinin təşkil edir. Çünki Prezident İlham Əliyevin 17 illik Prezidentlik fəaliyyətində həyata keçirdiyi sosial-iqtisadi və siyasi islahatlar müasir Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirib, regional gücünü və qlobal əhəmiyyətini kifayət qədər artırmış olub”.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB