Ermənistanda ÜDM kəskin azalıb Ermənistan Statistika Komitəsinin məlumatı
Bu ilin ikinci rübünün nəticələrinə görə, Ermənistanda ÜDM illik müqayisədə 13,7% azalıb. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Ermənistan Statistika Komitəsinin yaydığı məlumatlar sübut edir.
Məlumatda diqqətə çatdırlır ki, ikinci rübün yekunlarına görə, əvvəlki rüblə müqayisədə də ciddi azalma qeydə alınıb. Bildirilir ki, 2020-ci ilin ikinci rübünün nəticələrinə görə, Ermənistanın adambaşına düşən ÜDM-i 429,4 min dram və ya 886 ABŞ dolları təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrünün göstəricisindən xeyli aşağıdır. Belə ki, 2019-cu ilin ikinci rübünün nəticələrinə görə, Ermənistanın adambaşına düşən ÜDM təxminən 500,3 min dram və ya 1040 ABŞ dolları təşkil etmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB