“Düşmən açıq döyüşdənsə, hiyləgər, qorxaq əməllərə əl atmağa üstünlük verir” ÖZƏL-ŞƏRH
Ümumiyyətlə, Azərbaycan Ordusunun, özəlliklə də son illər ərzində ayıq-sayıqlığının yüksəldilməsi, maddi-texniki bazasının gücləndirilməsi, ordu heyətinin, bütövlükdə canlı qüvvənin mənəvi ruh yüksəkliyinə nail olunması əlbəttə ki, Azərbaycan Ordusunun nəinki güney Qafqaz bölgəsində, bütövlükdə dünyada ön sıralara çıxarıb. Bu sözləri SİA-ya verdiyi açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Siyasi şərhçinin sözlərinə görə, təsadüfi deyil ki, Azərbaycan balaca bir ölkə olmasına baxmayaraq özünün sayılıb seçilən ordusu ilə də dünyada diqqəti cəlb edir.
"İşğalçı Ermənistanla müqaisə edilməyəcək güclü bir ordumuz var. Ermənistan bunu özü də yaxşı başa düşür. Cənab Prezidentin sözü ilə desək, onlar təkbətək bizimlə üz-üzə gələcəkləri təqdirdə başlarına nə gələcəyini də yaxşı bilirlər. Yəni Cənab Prezident İlham Əliyev bu ifadəni işlətmişdir ki, Ermənistan Azərbaycanla təkbaşına bacara bilməyəcəyini anlasın. Ona görə də, düşmən açıq döyüşdənsə, hiyləgər, qorxaq əməllərə əl atmağa üstünlük verir. Yəni, gizlicə aramıza sızmaq, Azərbaycanın daxilində qarışıqlıq yaratmaq, kəşfiyyat məlumatlarını toplayıb istifadə etmək kimi əməllərə əl atıb Azərbaycan Ordusunun ayıq-sayıqlığını bir növ zəiflətmək istəyir. Amma şükürlər olsun, bizim ordumuz Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında həqiqətən də yetərincə güclü olmaqla bərabər, həm də ayıq-sayıqdır. Ona görə də, Ermənistan kəşfiyyat-diversiya qrupunun rəhbəri yayılan məlumatlara görə, əsir götürülüb. Bu təsadüfi əsir deyil, aramıza sızıb buradan kəşfiyyat məlumatları toplamaq istəyərkən yaxalanıb, eyni zamanda da onunla birlikdə olan, yaxud da ona dəstək verən erməni hərbçiləri məhv edildi. Düzdür, onlar öldürülmüş əsgərlərinin adını, sayını gizlədirlər. Bunu müxtəlif adlar altında açıqlayırlar ki, Ermənistanın ictimai rəyi narahat olmasın, üstəlik də Azərbaycanın qarşısında əzildiklərini dünyadan gizlədə bilsinlər. Amma istənilən halda bəllidir ki, Azərbaycan Ordusu bunu edib, bacarıb, bacaracaq gücə də sahibdir. Bu il, 12 iyulda başlanılan Tovuz istiqamətində təcavüzünün qarşısının alınması, sonradan verilən məlumata görə, Azərbaycan Sərhədd Qoşunlarının sərhədd postlarımızı 1500, 1700 metr məsafədə Ermənistana doğru irəli çəkmələri, əlbəttə ki, bizim ordumuzun, əsgərimizin, Ali Baş Komandanımızın gücündən xəbər verir. O baxımdan mən düşünürəm ki, Ermənistan mətbuatının nə yazmasından asılı olmayaraq Azərbaycan Ordusu üstündür və bu üstünlük də bizə tezliklə işğal altındakı torpaqları azad etməyə imkan verir. Yəqin ki, çox yaxın bir müddətdə Ali Baş Komandan Cənab İlham Əliyevin şəxsən rəhbərliyi altında Azərbaycan Ordusu o zəfərə də imza atacaq, Cənab Prezident İlham Əliyev də Azərbaycan torpaqlarını işğaldan azad etmiş qüdrətli bir komandan kimi tarixə düşəcək", deyə Azər Həsrət bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB