"Hər kəs qanun qarşısında bərabərdir" Rauf Əliyev

"Hər kəs qanun qarşısında bərabərdir" Rauf Əliyev

“Artıq bir neçə aydır ki, COVID-19 pandemiyasına qarşı mübarizə tədbirləri məqsədi ilə respublikamızda karantin rejimi tətbiq olunub və bu rejim hələ davam edir. Bu rejimin tətbiq edilməsində əsas məqsəd Azərbaycan vətəndaşının sağlamlığının qorunmasıdır”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, koronavirus pandemiyasına qarşı aparılan, digər ölkələrə nümunə göstərilən kompleks tədbirlər öz müsbət nəticələrini verir. Ancaq şox təəsüflər olsun ki, son vaxtlar bəzi insanlarda arxayınçılıq hissi yaranmış və məsuliyyətsizlik edərək karantin rejimini pozaraq müxtəlif qanuna zidd hərəkətlərə yol verirlər, o cümlədən toy məclisi təşkil edirlər. Bunu ancaq qanun pozğuntusu kimi qiymətləndirmək olar.

Deputat qeyd edib ki, koronavirus pandemiyası elan edildikdən sonra Nazirlər Kabinetinin yanında yaradılmış Operativ Qərargahın qəbul etdiyi qaydalara görə karantin rejimində toy məclislərinin təşkili qadağandır: “Bu qadağalara vəzifəsindən asılı olmayaraq hamı riayət etməlidir. Hər bir vətəndaş, tutduğu vəzifələrdən, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq karantin qaydalarına ciddi əməl etməlidirlər. Hər bir şəxs karantin tədbirlərinin pozulmasına görə hüquqi məsuliyyət daşımalıdır. Azərbaycan hüquqi dövlətdir, hamı qanun qarşısında bərabərdir. Hər kəs öz əməlinə görə məsuliyyət daşıyır. Katantin dövründə qaydaların pozulması hallarını həm bir vətəndaş kimi, həm də Milli Məclisin deputatı kimi qınayıram və koronavirus pandemiyası dövründə vətəndaşlarımızı karantin rejiminin tələblərinə riayət etməyə çağırıram”. yap.org.az

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə