“Demokratiya zombiləri”

İsmayıl Cəlilov: “AXCP trolları çox pis, tərbiyəsiz cinayətkarlar sürüsüdür”

Elə bu günlərdə Avropada mühacir həyatı yaşayan İsmayil Cəlilov son günlər AXCP sədri Əli Kərimlinin sosial şəbəkələrdə ardıcıl olaraq Azərbaycanda həyata keçirilən uğurları gördükcə saxtalaşdırdığı o AXCP “şinelində” od tutub yandığını deyərk bildirir ki, bu satqınını özü heç bir səlahiyyət və vəzifə sahibi olmadan demokratik prinsiplərə qarşı çıxır, demokratiyanın əsas göstəricilərindən biri sayılan fikir, söz azadlığına qarşı çıxır, müstəqil medianın inkişafına mane olur, dövləətin gördüyü işlərə qara yaxmaqla məşğuldur: “Çünki müstəqil media Kərimlinin saxtakarlıqlarını, hakimiyyətlə mübarizənin dövlətçiliklə mübarizə ilə qarışdırmasını, eləcə də digər mənfi tendensiyaları açıb ortaya qoyur. Çünki AXCP sədri Əli Kərimli onun “izolyasiya oyunları”nı ifşa edən və ümumilikdə cəbhə ilə məzələnən müxalifətçiləri ənənəvi formada “cəzalandırmaq” tapşırığı verməsi təəcübli deyil. Çünki AXCP sədri bilir ki, nə dağıdıcı düşərgədə, nə də cəmiyyətdə bir heçdir. Belə olan məqamda Əli Kərimli ona qarşı çıxanlara qarşı hücum tapşırığı ilə «varlığını» nümayiş etdirmək istəyir”.

İ.Cəlilov Əli Kərimlinin söyüş söyəninə cavb olaraq bildirib ki, “eşşək anqırar tayını tapar” boş yerə deməyiblər: “Deyirəm ki Kərimli utanmırmı? Görün ətrafında kimlər var. Mənə yazır məsləhət görürlər ki, bu mundarlarla işin olmasın. Başa düşürəm. Amma bilirsiz niyə paylaşıram? Əli Kərimlinin yan-yörəsində kimlər var, biləsiz deyə. Bunlar hamısı, tərbiyəsiz, çobana ehtiyacı olan əsl cinayətkarlar sürüsüdür”.

“Əli Kərimlinin “demokrat” ideyalarına tüpürmək belə istəmirəm”

İ.Cəlilov onu da bildirib ki, Əli Kərimli kimi mənəviyyatını itirmiş əxlaqsızın “demokrat” ideyalarına tüpürmək belə istəmirəm: “Əli Kərimli və ətrafı bisavad “ölü canlar” olanlar məzarlığa çevrilmiş satqınlardır. Əllərinə kiçik imkan düşərsə, maskaları yırtılır, kim olduqları dərhal aşkarlanır. AXCP sədri Əli Kərimli əsl şeytan, iblis olmaqla yanaşı kənar güclərin əlində marionetdir. AXCP trolları çox pis, tərbiyəsiz insanlardır. tərəfdarları çobana ehtiyacı olan sürüdür. Əli Kərimli “Əlinin papağını Vəlinin başına qoyaraq papaqsız qaldıqlarının fərqinə varmayaraq az qala kafe-şantan məzhəkəsi yaradırlar. Və AXCP sədri onun maraqlarına cavab verən, mənafelərini təmin edən istənilən adamı çox asanlıqla “mübariz”, “siyasi məhbus” elan etməyə həmişə hazırdır. Sadalanan və hələ sadalamadığımız səbəblərdən Əli Kərimlinin ətrafında müstəqil, AXCP sədrinin volüntarist kursundan fərqli düşünən kimsə qalmayıb. Belə adamların hamısı ya partiyanı tərk edib, ya qovulub. AXCP sədrinin yaxın ətrafındakıların total əksəriyyəti siyasi reneqatlar, “demokratiya zombiləri”dir. Bir məqamı da deyim ki, Əli Kərimlinin absurd iddialarının əksinə olaraq, təcrübə göstərir ki, Qərb Ermənistanı təkcə Paşinyan hakimiyyətə gələndən sonra yox, həmişə dəstəkləyib. Qeyd edilən “907-ci düzəliş” də Ə.Kərimlinin mənsub olduğu hakimiyyətin dövründə Azərbaycana tətbiq olunub. Əli Kərimli fəaliyyətinin və iddialarının iki mənbəyi var: xarici sifariş və şəxsi mənafe. Əli Kərimlinin bütün siyasi bioqrafiyası Azərbaycan dövləti və xalqı ilə düşmənçilik üzərində qurulub. Ölkəsinə və millətinə az qala düşmən kəsilən, “Xalqım!” deyərək sosial şəbəkələrdə bloqerliyə partiya sədrliyindən tənəzzül etmiş bu adam çətin anlasın…”.

Bir sözlə, bu gün AXCP trolları necə davranırlarsa, dünən də elə olub, sabah da bu cür davam edəcək, əlbəttə ki, AXCP düşdüyü iflas burulğanından xilas olmağa macal taparsa...

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə