"Digər ərəb dövlətləri İsraillə diplomatik əlaqələr qura bilər" ÖZƏL-MÜNASİBƏT

"Digər ərəb dövlətləri İsraillə diplomatik əlaqələr qura bilər" ÖZƏL-MÜNASİBƏT

“İsrailin uzun illərdir ki, xarici və təhlüksizlik siyasətinin əsas məqsədi və hədəfi ərəb dünyası ilə barışmaq idi. Ərəb ölkələri ilə diplomatik əlaqələri qurmaqdır”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, amma müxtəlif səbəblərdən bu alınmırdı: “Əsas səbəb də Fələstin məsələsinin həll olunmaması idi. İsrail Fələstin topraqlarının işğalını davam etdirir. Düzdü 90-cı illərin əvvəllərində Oslo razılaşmasına görə İsrail Fələstinin muxtariyyatını tanıdı. Ondan sonra 1994-cü ildə İordaniya İsraillə diplomatik əlaqələr qurdu.

1979-cu ildə isə Misir İsraillə diplomatiq əlaqə qurmuşdu. Növbəti ölkə Birləşmiş Ərəb Əmirlikləri də İsraillə əlaqələrini qurdu. Düşünürəm ki, bunun ardınca digər ərəb ölkələri Səudiyə Ərəbistan, Küveyt və Bəhreyn də İsraillə diplomatik münasibətləri qura bilər. Bu dövlətləri İsraillə birləşdirən ortaq maraq İrana qarşı sərt mövqedən çıxış etməkləridir. Bu prinsipal mövqe dövlətləri bir-birinə yaxınlaşdırır".

Politoloq vurğulayıb ki, Birləşmiş Ərəb Əmirliklərindən sonra digər ərəb dövlətləri İsraillə diplomatik əlaqələr qura bilər: "Buna qarşı çıxanlar da var. Türkiyə sərt bəyanat verdi. Bu bəyant Birləşmiş Ərəb Əmirliklərinin İsrailə diplomatik əlaqə qurması ilə bağlı deyildi. Çünki Türkiyənin özünün də İsraillə diplomatik əlaqələri var. Türkiyənin iradı Birləşmiş Ərəb Əmirliklərinin bu diplomatik əlaqələri qurarkən Fələstin məsələsini arxa plana qoymasıdır. Düşünürəm ki, İsrail-ərəb münasibətlərinin normalaşması bölgədə gərginliyi bir qədər azlatmağa xidmət edə bilər. Həm də nəzərə almaq lazımdır ki, Birləşmiş Ərəb Əmirlikləri İsraillə diplomatik əlaqələri qurmağı bir şərtlə əlaqələndirdi ki, o İordaniya çayının qərb sahilindəki Fələstin torpaqlarının ilhaqını rəsimləşdirməyəcək. Həqiqətən də İsrail bu məsələni növbəti mərhələyə saxladı. Bu da müəyyən qədər gərginliyin ortadan qaldırılması üçün vacib idi. Bu diplomatik münasibətlərin qurulmasnda ABŞ-ın səyləri də var. ABŞ-ın bir planı da var ki, ərəb dövlətləri və NATO formalaşsın. Amma ərəb dünyasını İsrailə barışdırmaq prosesi gedir. Bu, bölgədə gərginliyi nisbətən azaldılmasına da xidmət edir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə