Hikmət Hacıyevin açıqlamasına Türkiyə mətbuatında geniş yer ayrılıb

Hikmət Hacıyevin açıqlamasına Türkiyə mətbuatında geniş yer ayrılıb
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistan Xarici İşlər Nazirliyinin Türkiyəyə qarşı ittihamlarla çıxış etməsi ilə bağlı açıqlamasına qardaş ölkənin aparıcı kütləvi informasiya vasitələrində geniş yer ayrılıb. SİA xəbər verir ki, yazılarda dövlətimizin başçısının Türkiyə hərbi heyətini qəbul edərkən vurğuladığı "Azərbaycan və Türkiyə daim bir-birinin yanındadır. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur" ifadəsi də əksini tapıb. Eyni zamanda qardaş ölkənin KİV-ləri yazır ki, Azərbaycan Prezidentinin köməkçisi "Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatlar zamanı qardaş Türkiyənin Azərbaycana verdiyi qəti dəstəyi, ölkəmizdə keçirilmiş birgə hərbi təlimləri, Türkiyənin Müdafiə naziri başda olmaqla, ordu rəhbərliyinin ölkəmizə səfərini yüksək qiymətləndiririk" deməklə iki qardaş ölkənin münasibətlərini dəyərləndirib. Diqqətə çatdırılır ki, Türkiyə beynəlxalq hüquqa uyğun olaraq, bölgədə öz haqqını, maraqlarını və mənfəətini qoruyur. Azərbaycan qardaş ölkənin Şərqi Aralıq dənizindəki mövqeyini birmənalı dəstəkləyir. Anadolu və İHA xəbər agentlikləri, "Sabah" qəzeti, A HABER televiziya kanalı və digər mətbu orqanlar tərəfindən yayılan informasiya Türkiyənin digər KİV-ləri tərəfindən də sürətlə yayılmaqdadır.

Bütün xəbərlər Facebook səhifəmizdə