Türkiyə Ermənistanın növbəti həyasızlığına sərt cavab verdi HƏDDİNİZİ BİLİN!
Rəsmi Ankara Ermənistana yerini göstərən və kəskinliyi ilə seçilən növbəti ismarıc səsləndirib. Belə ki, buna səbəb Türkiyə Ermənistan Xarici İşlər Nazirliyinin Şərqi Ağ dənizdə Yunanıstanla Türkiyə arasında neft-qaz kəşfiyyatı ilə bağlı yaranan gərginliyə həyasızcasına müdaxilə etməsi və fikir bildirməsidir. Məsələ onadır ki, Ermənistanın xarici işlər idarəsi sözügedən ərazidə Türkiyənin hərəkətlərini qınayan bəyanat yayıb. Məhz həmin bəyanat Türkiyə tərəfinin sərt cavabı və qəzəbi ilə nəticələnib.
Qeyd edək ki, Ermənistan XİN-in bəyanatına Türkiyə XİN dərhal cavab verib və Türkiyənin xarici işlər idarəsinin rəsmi nümayəndəsi Hami Aksoy bəyan edib: SİTAT: “Birləşmiş Ərəb Əmirlikləri və Fransanın ardınca hər hansı dənizə çıxışı olmayan Ermənistanın da özünü bölgədə söz haqqı sahibi hesab etməsi Türkiyəyə qarşı qurulan məkrli ittifaqın miqyaslarını göz önünə sərir. Şərqi Ağ dəniz haqqında mövqe bildirməyə cəsarət göstərən Ermənistanın dünya coğrafiyası və özünün bu coğrafiyadakı yerinə dair kökündən yanıldığını nümayiş etdirir. Burada müzakirə mövzusu Sevan gölü yox, Şərqi Ağ dənizdir”.
Türkiyəli diplomat əlavə edib ki, bundan əvvəl Ermənistan prezidenti Armen Sarkisyan qüvvəsini itirmiş “Sevr” anlaşmasının hələ də qüvvədə qalması haqda təxribatçı bəyanatla çıxış edib və bu siyasi həyasızlığlın ardınca rəsmi İrəvanın Şərqi Ağ dənizlə əlaqəli mövqe bildirməsi həmin həyasızlığın davamıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB