Diləndiyi pullarla aldığı bahalı qol saatı ilə öyünən Paşinyan TƏHLİL
Demokratiya pərdəsi, insanların hüquq və azadlıqları komuflyajı beli çantalı küçə nümayişçisinin hakimiyyət kürsüsünü mənimsəməsi üçün bir vasitəyə çevrildi və iki il bundan öncə bir avantürist məxməri inqlab adı altında Ermənistanda sözün əsl mənasında dövlət çevrilişi edərək, baş nazir postunu mənisədi. Bu istifadəgir ən qısa zamanda ən yaxın ətrafını Ermənistan hakimiyyətinə təyin etdi və nəinki əvvəlki hakimiyyəti, onun tərəfdarlarını, hətta ona tabe olmayan, qanunsuzluqlarına müti olmayanları ardıcıl olaraq təzyiqlərə məruz qoydu ki, bütün bunları hələ də itanmadan demokratiya adlandırır.
Polulist çıxışlar, yalançı vədlərlə erməni cəmiyyətini aldadaraq istədiyini qamarlayan küçə nümayişçisinin bəzən idarəçilikdən xəbərsiz, siyasi savadsız hökumət başçısı adlandırılması belə bir hiyləgərə verilən artıq dəyərdir. Axı bu hökumət başçısı libasında olan adam təlxəkdən başqa bir obraz nümayiş etdirmir. Dəfələrlə beynəlxalq platformalarda dünya ictimaiyyəti onun nümayiş etdirdiyi bu təlxəkliyin şahidi olub. Şəxsiyyət ikiləşməsi sindromu ilə şizofreniya xəstəsi olduğunu dəfələrlə biruzə verən Nikol bəlkə də ən aşağı səviyyəli bir ermənidir ki, Qərbin şahmat taxtasında arzu olunan gedişi gedir və istənilən fiquru əvəz edir.
Erməni xislətinə müvafiq şəkildə kiminsə oyuncağına çevrilməyi özünə və ölkəsinə rəva bilən, ölmayan simasını bir az da itirən Paşinyan artıq simasızlığını gizlətməyə belə ehtiyac duymur. Ola bilsin nə vaxtsa, daha dəqiq desək küçə yürüşləri zamanı erməni cəmiyyətində, erməni toplumunda bir demokrat kimi hesaba alınan avantürist elə o zamanlar simasızlığını gizlətməyə ehtiyac duyurdu. Amma artıq indi bu barədə düşünmür belə və istədiyi zaman Qırb tərəfə, istədiyi zamansa Rusiya tərəfə meyillənməsi, daha doğrusu, yaltaqlanması da bunu təsdiq edir. Təsdiq edir ki, istədiyi kürsünü ələ keçirdikdən sonra küçədə dəm vurduğu ali dəyərləri hesaba belə almır və heç yadına da düşmür. Bu psixi xəstə gah ruslara qarşı keçirilən kampaniyaların önündə gedərək Qərbə özünü sırıyır, gah da Rusiyaya gedərək kiçik qardaş kimi qarşılarında diz çöküb yaltaqlanır. Belə mövqe dəyişkənliyini də özü üçün normal fəaliyyət tərzi hesab edir.
Əslində, belə mövqesizlik, belə yaltaqlıq və ikiüzlülük, eləcə də digər simasızlıqlar onun öz şəxsi işidir və heç də müzakirə mövzumuz deyil. Diqqətimizi, daha doğrusunu desək bütün dünyanın diqqətini çəkən tamamilə başqa bir məqamdır ki, bu məqam da məhz BBC-nin Hard Talk verilişində dünya ictimaiyyətinin diqqətindən yayına bilməzdi. Çox yox, cəmi ikicə il bundan qabaq küçələrdə çarıqlı-çuxalı dolaşan erməni nümayişçisi indi bir milyon dollar dəyərində qol saatı ilə hər kəsin diqqətini cəlb edir. Kimliyindən asılı olmayaraq hər kəs bu qısa zaman kəsiyində küçə nümayişçisi kimi yadda qalan bu erməni təlxəyinin bu bahalığında saata necə sahib olmasına mat qalmaqda haqlıdır. Çünki, bu son iki ilə qədər cındırından çin ürkən erməninin baş nazir postuna oturmasından sonra bir milyon dollara necə sahib olduğu həqiqətən düşündürücüdür. Yəni, heç bir əmək haqqı ilə, xüsusən də Ermənistan kimi rəzalət və ifrat acınacaqlı bir durumda olan ölkənin əmək haqqısı ilə belə bir dəyərdə qol saatının alınması ağıla batan deyil. Amma, əgər həmin dəyərdə olan qol saatı Nikola məxsusdursa, deməli, ən azı həmin məbləğdə, yəni bir milyon dollar civarında vəsaiti erməni baş nazir mənimsəyib ki, o qiymətə də saata sahib olub. Fəqət, hansı yolla mənimsəyib? Bax bu çox müəmmalı sualdır və deyəsən onun özünü nə bu sual, nə də həmin suala verməli olacağı cavab maraqlandırmır. Lakin ondan fərqli olaraq bu hər kəsi maraqlandırır da, düşündürür də. Ələlxüsus bu fakt erməni cəmiyyətini, bu gün dünyaya iyanə olaraq əl açdığı erməni toplumunu daha çox düşündürməlidir və düşündürdüyünə də zərrə qədər şübhə ola bilməz.
Dəfələrlə Ermənistan parlamentində müxtəlif fraksiyalara mənsub deputatlar Ermənistan əhalisinə yardımlar edilməsi barədə təkliflər səsləndirəndə baş nazir Paşinyan bu təklifə məhəl də qoymayıb və hardasa, onun bu təklifləri qulaq ardına vurması başadüşüləndir. Çünki, keçmiş hakimiyyətə mənsub məmurların mülkünü, rüşvət yolu ilə topladıqları var-dövlətini anti-korrupsiya adı ilə əlindən alaraq dövlət büdcəsinə, yaxud, çox güman ki, öz büdcəsinə qatan baş nazir bu təkliflərə necə və hansı olmayan imkanlarla reaksiya verə bilərdi axı?
Heç kim üçün sirr deyil ki, Ermənistanda iqtisadiyyatdan söhbət belə gedə bilməz və istehsalı, tədarükü, emalı, ticarəti, eləcə də iqtisadi əlaqələri olmayan, əvəzində küncə qısılan, marginallaşan Ermənistan büdcəsi sual altındadır və borclar hesabına müəyyən məsrəflərin öhdəsindən gəlinir. Bu anda bir dollar belə Ermənistan büdcəsi üçün nəzərə çarpacaqdır.
Soruşmaq ayıb olmasın, Ermənistan hakimiyyəti bütün dünya qarşısında əllərini açıb dilənirsə, Paşinyana bir milyon dollar hardan oldu bu qol saatını almaq üçün? Yaxud, əgər erməni baş nazir bir milyonu haradansa əldə etmişdisə, onu nəyə görə Ermənistan vətəndaşlarının sosil məsələlərinə ayırmayıb? Axı bu adam küçələrdə kütlə ilə bir arada olanda başqa cür danışırdı. Tamam başqa vədlər verirdi. Ermənistan üçün, onun vətəndaşları üçün fəda olacağını deyirdi axı. Maraqlıdır, hakimiyyəti qamarlamaq üçün hansı cildə girdiyini unudub, yoxsa elə əvvəldən bu strategiya hazır imiş ki, baş nazir kürsüsünü ələ keçirdikdən sonra dərhal öz mənafeyi üçün çalışır?
Tutaq ki, hansısa cildə girdiyini unudub, yaxud elə ancaq öz mənafeyi üçün çalışır, fərqi yoxdur. Bəs sual oluna bilər ki, axı hardan olub bu vəsait? Sualın ardınca dərhal cavab da peyda olur və aydın olur ki, bu heç də bizin anladığımız dillə desək, halal yolla, qanuni şəkildə ələ keçirilməyib. Bu vəsaitlər ya Nikol Paşinyanın Soros əmisinin hansısa əmrləri, buyruqları müqabilində bəxşişidir, ya kimlərinsə vəsaitləridir ki, mənimsəyib, ya da korrupsiya yolu ilə əldə edilib. Hər üç mümkün hal öz növbəsində normal hesab oluna bilməz. Birinci halda ona görə ki, Soros kimi şər iblisinin vəsaitlərini qəbul edən şəxs ölkəsinin milli maraqlarını deyil, pulunu alıb xərclədikləri əmilərinin könüllü şəkildə quluna mevrilməyi qəbul edir və bu köləliyin müqabilində, həmin o şər iblislərinin şərini yaymağa mükəlləf olur. Bir sözlə, siyasi fəaliyyətini şər üzərində qurmaq məcburiyyətində qalır.
İkinci halda, yəni, əgər Paşinyan kimlərinsə vəsaitlərini mənimsəyərək bunu əldə edibsə, bu da sadəcə, qanunsuz mənimsəmə, oğurluq, qısası qanunsuzluq faktıdır ki, buna görə də qanun qarşısında cavab verməlidir. Çünki, başqalarına məxsus əmlakın mənimsənilməsinə qanun yol vermir və bu hüquq pozuntusu halı kimi məsuliyyət tələb edir. Bir sözlə belə hallarda da erməni baş nazir məsuliyyət, cavabdehlik daşımalıdır.
Üçüncü halda isə, yəni korrupsiya yolu ilə əldə edilibsə, bu daha böyük bir müzakirə mövzusudur və öz növbəsində Paşinyanın mahiyyətinin sıfır səviyyəsindən də aşağı olduğunu isbatlayır. Ona görə ki, korrupsiya faktı digərlərindən fərqli olaraq, şəxsən Nikolun özü üçün qanun pozuntusundan da daha artıq rüsvayçılıq, aşağılıq deməkdir. Çünki, axı erməni baş nazir hələ bu baş nazir postunu qamarlamazdan qabaq belində çanta küçələrdə korrupsiyaya qarşı mübarizə şuarları ilə bar-bar bağırırdı axı. İndi nə oldu və nə dəyişdi? Dünən korrupsiyaya qarşı mübarizə aparacağı vədi ilə hakimiyyəti hiyləgərliklə zəbt edən birisi yerini möhkəmləndirdikdən sonra özü korrupsiyanerə çevrilirsə, buna hər kəsdən qabaq erməni cəmiyyəti cavab verməli olacaq ki, bu da Paşinyan üçün heç də yaxşı nəticələr vəd etmir. Əslində, erməni cəmiyyəti onun bu yalanlarını yaxşı bilir və təsadüfi deyil ki, onlar arasında, “Paşinyanın bəxti gətirib ki, Ermənistanda ikinci bir Nikol yoxdur, yoxsa, o çoxdan getmişdi” fikirləri dolaşır. Yəni ermənilər özləri də artıq onun nə yuvanın quşu olduğunu, bununla bərabər aldandıqlarını gec də olsa dərk etdilər. Amma hər bir halda, gec, ya tez olmasından aasılı olmayaraq Paşinyan məsuliyyətdən boyun qaçıra bilməyəcək və ən azından hesabat vermək, əməllərinin cəzasını çəkmək məcburiyyətindədir.
Ən maraqlı bir məqam isə ondan ibarətdir ki, biçarə Nikol bütün dünya ermənilərinə maliyyə dəstəyi üçün vəsait toplamaq təklifi ilə çıxış etsə də dünyadakı ermənilər bütün müddət ərzində bir milyondan da az, daha dəqiq desək, 650 min dollar vəsait toplaya və göndərə biliblər. Halbuki, dünyanın elə şəhərləri var ki, yalnız həmin şəhərlərdə yaşayan ermənilərin topladıqları vəsait bundan artıq olmalı idi. Yəni Ermənistana, Ermənistan ordusuna yardım üçün yığılan pullar çox gülünc səviyyədə az oldu. Hətta dünya ermənilərinin topladıqları bu vəsait, iyanələr onlardan bu vəsaiti dilənən erməni baş nazirinin qol saatının qiymətindən də aşağı oldu. Bu isə təkcə Nikol Paşinyan üçün deyil, bütövlükdə Ermənistan üçün gülünc görünür. Əvvəla, əgər öz cəmiyyətinə, daxili auditoriyaya xoşbəxt gələcək, normal yaşayış vəd edərək hakimiyyəti ələ keçirən Paşinyanın bir milyonu vardısa, niyə onu çiyinlərində hakimiyyət kürsüsünə daşıyan, indi isə ehtiyac içində inləyən həmvətənlərinə paylamayaraq bir qol saatına məsrəf etdi? Bu onu göstərmirmi ki, Paşinyan üçün xalq, cəmiyyət və onun aclığı, yaxud toxluğu tamamilə maraqsızdır? Məgər bunu erməni cəmiyyəti, erməni tolpumu görmür? Əgər bircə qol saatına bir milyon pul xərcləmək imkanı olan erməni baş nazir niyə erməni lobbisindən, bütün dünyaya səpələnən erməni toplumundan Ermənistab üçün pul dilənir? Budurmu Paşinyanın vətənsevərliyi, öz xalqı üçün dırnaqarası təəssübkeşliyi?
Doğrudur, qanunsuz mənimsəməyə görə Paşinyan özü cavab verməlidir, digərləri yox, amma, ən azından Ermənistanın baş naziri hər hansı qanunsuz yollarla əldə etmişsə belə, qoluna taxdığı saatın qiymətinin bütün Ermənistan üçün bütün dünya ermənilərindən yalvararaq diləndiyi, topladığı vəsaitdən çox olmasına diqqət etməli və bundan utanmalı idi, oyünməli yox. Bu isə təkcə Nikol Paşinyan üçün deyil, bütövlükdə Ermənistan üçün gülünc görünür. Diləndiyi pullardan baha qol saatı ilə öyünməyin nə demək olduğunu, necə gülünc olduğunu dərk etməyən, anlamayan baş nazir bundan sonra nəyi dərk edəcəyi, nəyi anlayacağı çox müəmmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB