"Paşinyan xalqının bütün ümidlərini qırdı, seçicilərini birmənalı aldatdı" ÖZƏL-MÜNASİBƏT
"Yağlı vədlər verməklə hakimiyyətə yiyələnən işğalçı Ermənistanın baş naziri Paşinyan, xalqının bütün ümidlərini qırdı, seçicilərini birmənalı aldatdı. Arzuları boşa çıxan on minlərlə erməni gənci onun hakimiyyəti dövründə çörəkpulu dalınca başqa ölkələrə üz tutmaq məcburiyyətində qalmışdır. Ermənistanı tərk edən insanların sayı günbəgün artır. Əsgər çatışmadığı üçün qızları da orduya çağırmağa başlayıblar. Qadınları irəli vermək elə, əslində, erməni xislətinə tam uyğun gəlir". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mayis Səfərli deyib.
Partiya sədrinin sözlərinə görə, pandemiya ilə mübarizənin bərbad vəziyyətdə olması səbəbindən yoluxmalara və ölüm sayına görə Ermənistan dünyanın ən təhlükəli ölkələri sırasındadır: "Durum o qədər kritikdir ki, Melkumyan adlı həkimin news.qnezdo saytına verdiyi açıqlamada bütün ölkə əhalisinin virusa yoluxma ehtimalının 100%-ə bərabər olduğunu bildirmişdir. Ermənilər artıq bütün təhlükəli siyahılarda yer alırlar. Erməni mətbuatında gedən məlumatlara görə, bu yaxınlarda Avropa Birliyi Ermənistanda fəaliyyət göstərən bütün dövlət və özəl aviaşirkətlərə məxsus təyyarələrin Avropaya və onun daxilində uçuşlarını qadağa edir. Səbəb erməni mülki aviasiya parkındakı hava gəmilərinin texniki şərtlərə cavab verməməsi, çox köhnə olması, sərnişinlərin təhlükəsizliyinin təmin edilməməsidir. Artıq ABŞ və İsrail də öz vətəndaşlarına Ermənistan hava yollarından istifadə etməməyə çağırıb.
Bu gün təcavüzkar dövlətin bütün sahələrdəki vəziyyəti, bax, belə durumdadır. Əhali Paşinyana qarşı aylardır ki, aksiyalar keçirir, müxalifət isə onun istefasını tələb edir. Ermənistanın Tovuzla sərhəddə törətdiyi təxribatın məqsədlərindən biri də ictimaiyyətin diqqətini hakimiyyətin yarıtmaz fəaliyyətindən yayındırmaq idi. Amma başıboş baş nazir qaş düzəltdiyi yerdə vurub göz çıxardı. Azərbaycan Ordusundan aldığı sarsıdıcı zərbələr və itkilər Ermənistandakı böhranlı vəziyyəti daha da dərinləşdirib. Əhalinin əksəriyyəti yoxsul vəziyyətindədir. Belə bir fonda erməni mətbuatının yazdığına görə, baş nazirin ailəsi varlanmaqda davam edir. Brilliant, silah və siqaret qaçaqmalçılığında adı hallanan Paşinyanın bu yaxınlarda Kanadada 1.3 milyon dollara qol saatı aldığı ortaya çıxıb. Yəqin ki, yeməyə çörək, geyinməyə şalvar, ətək tapmayan sadə ermənilər bunun haqq-hesabını çəkəcəklər. Hər kəs bilməlidir ki, Ermənistan könüllü olaraq işğal etdiyi torpaqlarımızı qaytarmasa, düşdüyü bataqlıqda boğulacaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB