“Paşinyan iqtidarından yenilik gözləmək sadəcə, vaxt itgisidir” ÖZƏL-MÜNASİBƏT

Paşinyanın BBC-nin Hard Talk verilişində acınacaqlı duruma düşməsi tam olaraq siyasi uğursuzluq idi. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Maarifçi Gənclər Təşkilatının sədri Ruhiyyə Aslanova deyib.

Təşkilatın sədri qeyd edib ki, aparıcının kifayət qədər dəqiq suallarına ümumi və populist cavablar, Paşinyanın Yerevanda tərəfdarları ilə görüşdəki təbliğat çıxışlarına bənzəyirdi.

“Bu müsahibə bir daha Erməni xislətini Qərbli media mənsublarına görsətdi. Qəbr analitikləri bir daha Ermənistan iqtidarının necə formalaşmasından asılı olmayaq, dəyərlər üçün deyil, Rusiyadakı hakim dairələri və erməni millətçilərinin xoşuna gəlmək üçün mın bir oyundan çıxdıqlarının əyani sübutdur. Tarixin sübütedilməz dərinliklərində həqiqət axtaran Paşinyan sözdə önəmli hesab demokratik təsisatların rəy və qərarlarını öyrənməsi və anlaması yaxşı olardı. Bu mənada Paşinyan iqtidarından nə isə yenilik gözləmək sadəcə vaxt itgisidir”, deyə Ruhiyyə Aslanova deyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə