Düşmənin “Gəncəni vurarıq” təxribatçı və həyasız bəyanatı nəyə hesablanıb? SİYASİ RAKURS

Nəinki Tovuz, Azərbaycan Ordusunun 2016-cı ildəki Aprel, 2017-ci ildəki Naxçıvan şilləsinin dadı hələ də işğalçıların bir yerlərini hələ də, əməlli-başlı yandırmaqda davam edir...

Bəlli olduğu kimi, Dağlıq Qarabağın qondarma rejimin başçısı Araik Aratunyan həyasızcasına və daxili publikaya hesablanmış ritorikası ilə erməni KİV-nə verdiyi müsahibəsində Azərbaycanın Gəncə şəhərini vurmaqla hədələyib. Söz yox ki, işğalçı Ermənistanın diktəsi ilə oturub-duran qondarma rejimin saxta başçısı bütövlükdə erməni ictimaiyyətinin diqqətini Tovuz uğursuzluğundan yayındırmaq məqsədi ilə belə bir həyasızlıq nümayiş etdirib. Nəinki Tovuz, Azərbaycan Ordusunun 2016-cı ildəki Aprel, 2017-ci ildəki Naxçıvan şilləsinin dadı hələ də işğalçıların bir yerlərini hələ də, əməlli-başlı yandırmaqda davam edir... Lakin ehtimal etmək mümkündür ki, Arutunyan eyni zamanda Nikol Paşinyanın Tovuz məğlubiyyətini ört-basdır etməklə yanaşı, həm də növbəti təxribatçılıq cəhdləri vasitəsi ilə revanş götürmək cəhdlərini gizlətmir, bununla da necə deyərlər, utopik xəyallara dalaraq, "Gəncəni vurmaq" xülyalarına dalır.

Ancaq daha bir fakt budur ki, işğalçı və qondarma rejimlərin "gücü" yalnız silahsız insanlara, mülki vətəndaşlara, günahsız körpələrə çatır. Onlar sərhədyanı bölgələrimizdə və təmas xətlərində yaşayış məntəqələrini atəşə tutmağa adət ediblər, həmçinin öz yırtıcı, qaniçən və faşist simalarını dəfələrlə nümayiş etdiriblər. Bəlkə turist diplomatiyasının nümayəndələri hələ də yay tətilindən qayıtmayıblar? Bəs düşmənin bu qədər həyasız bəyanatlarına qarşı hansı addımlar atılmalıdır? Beynəlxalq hüquq və konvensiyalar burada hansı sözünü deyə bilər..?

Bəlkə turist diplomatiyasının nümayəndələri hələ də yay tətilindən qayıtmayıblar?

Söz yox ki, beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycanın ikinci böyük şəhərini vurmaqla hədələməsini nəzarətə götürməli, o cümlədən, bu cür sərsəm fikirlərə görə hesabat və izahat tələb etməlidir. Amma dəfələrlə şahidi olduğumuz kimi, ATƏT MQ bu dəfə də susqunluğunu nümayiş etdirir, bununla da sübut edir ki, onun həmsədrlər tərkibi yararsız və heç bir səmərə verməyən, sözün əsl mənasında boş-boş fikirləri ilə vaxt uzadan fərdlərdən ibarətdir. Çünki Azərbaycanın ədalətli mövqeyi və ictimai rəyin haqlı sualları bu gün də qüvvədə qalmaqdadır - Görəsən, ATƏT MQ həmsədrləri bu bəyanata niyə münasibət bildirmirlər? Bəlkə turist diplomatiyasının nümayəndələri hələ də yay tətilindən qayıtmayıblar? Yoxsa Ermənistanın və DQ-ın qondarma rejimi həmin bəyanatlarını səsəndirməkdən ötrü onlarla razılaşmaya gedib?

Biz, bu sualların cavabını gözəyirik və əlbəttə ki, cənab Ali Baş Komandanımız cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycanın da səbri tükənməz deyil!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə