Zaman və müddət heç nəyi dəyişməyib

"Zoom konfrans”da qeybətləşən "demokratlar” hər dəfə kim olduqlarını cəmiyyətə tanıdırlar

Özlərini “demokratik qüvvələr” adlandıranların “Milli Şura”sı “xüsusi əhəmiyyətli” iclası ilə hər dəfə bir hoqqabazlıq edərək, “biz də varıq” demək istəsələr də, xalqın nifrətini bir az da artıq qazandılar. Bu videokonfrans şəklində keçirilən iclasda radikal müxalifət təmsilçiləri nə edirlər? Nə edəcəklər - öz səviyyələrində dedi-qodu xarakterli söhbətlər edərək hər dəfə gülüş hədəfinə çevriliblər. Antimilli dərnək üzvləri budəfəki söhbətlərində hökumətə "ilişmək” üçün mövzu tapa bilməməkdən gileyləniblər. Əgər bir adam ki, mənəviyyat nə olduğunu bilmirsə, ondan nəisə unmaq mənasızdır.

Qeybətxana yuvası olan “Milli Şura”nın keçirdiyi növbəti “iclasında” pandemiyanın uzadılması ilə bağlı böhtanlı fikirlər söyləyərək bildirirlər ki, bu “hakimiyyətə sərf edir" deyərək, hətta bir çox tanınımış ziyalıların da Azərbaycan hakimiyyətinin əleyhinə materiallar yazmağa çağırışlar da ediblər. Özünü “siyasi mühacir” adlndıran Vidadi İskəndərli, saçına, başına qiymət verməyən ABŞ-dan təklifini irəli sürən qeybətxana yuvası olan “Milli Şura”nın sədri Cəmil Həsənli, "ələkçinin qıl verəni", mənəviyyatsız və satqın Gültəkin Hacıbəyli, erməni qulbeçəsi Sevinc Osmanqızı, satıb-satılmaqda bərabəri olmayan Əli Kərimli pandemiyanın yumuşaldılmasından əl-ayağa düşərək “bu hakimiyyət xalqı istəmir, mitinqə çıxın”, “məqamdır, neftin qiyməti düşüb, Azərbaycan inkişafdan geri qalacaq” deyə yenidən çağırışlar edərək, bildiriblər ki, “bu məqsədimizin tez həyata keçməsinə kömək edəcək". Xüsusilə də AXCP sədri Əli Kərimlinin "pultu" ilə idarə olunan bu qoca "professor" hələ də bu yaşında anlamır ki, xalq 90-cı illərin düşüncəsində olan xalq deyil, pisi yaxşıdan, kimin-kim olduğunu artıq bilir. Və onu da xalq heç nəyi unutmayıb. Sizin kimiləri isə, əgər unutmusunuzsa, xatırladım – xalq sizi 2003-cü ildən arxivin o tozlu zibilliyinə tullayıb. Bax, belə nankor, çörəyini yediyi dövlətə qarşı belə böhdanlı sözləri dediyinizə görə. Bir də…

“Milli Şura”dakıların hamısı eyni ağıldadırlar...

Belə olmasaydı, kor tutduğunu buraxmadığı kimi, satqın və mənəviyyatsız Gültəkin Hacıbəyli də eyni çağırışlar edərək bildirib ki, “Azərbaycan ağır durumdadır. Hamı ayağa qalxmalıdır”. Kor, nankor olmaq budur. Haqq yolundan dəm vuran G.Hacıbəyli hələ bu günə kimi, haqla nahaqqı ayırd edə bilməyib. Sən ətrafındakılar üçün məkrli niyyətlərini, çirkin məqsədlərinə çatmaq yolunda sadəcə bir vasitə, bir alətsən. Sən daxilən o qədər miskinləşmisən ki, dünya boyda Azərbaycan gözünə başdan sona zülmət içində, qaranlığa qərq olmuş görünür. Niyə? Yalın azalıb? Dərdin nədir? 10 il deputat oldun, yedin, dağıtdın, “at oynatdın”, indi nə oldu? Sənin kimilər elə-belə də olmalıdır. Çünki sən bu vətəni heç vaxt sevməmisən. Doğru deyiblər: kor gözləri görməyən deyil, görmək istəməyəndi.

Sənin qarayaxmana görə, “Azərbaycanda həyat ağır və hətta, bir çox hallarda, dözülməz şərtlərini sürdürməkdə davam edir”. Deyirsən ki, Azərbaycan 21 əsrin ikinci onilliyini ağır keçirəcək. Yəqin ona görə ki, birinci onillik ərzində, yəni 2000-2010-cu illər arası, Milli Məclisə seçkilərdə iki çağırış boyunca sən millət vəkiliydin. Dediyin tarix tam olaraq sənin deputatlıq fəaliyyətini başa vurmağınla da eyni dövrə təsadüf edirdi. Unutma: bu ölkənin hazırkı durumu bir tək sənin kimi miskinlərə «rəzil həyat» olaraq görünə bilər. Atalar demişkən: bayquş xarabalığı gülüstana dəyişməz. Amma, sənin kimi satqın bayquşlarda Vətənə belə münasibət yenə də sənin qəlbində yuva salmış əxlaqsızlığın ən bariz təzahürüdür. Çünki sənin kimilərin tarix boyu cəmiyyətə qazandırdığı və qazandıracağı heç nə olmayıbdı. Sənin kimilər ancaq parazit tək cəmiyyətdən nələrsə qoparmağın xəyalı ilə yaşayıb.

O əxlaqsız yuvanın qeybətxana “iclasında” deyirsən ki, “bu gün Azərbaycan hakimiyyəti öz mənəvi-əxlaqi dəyərlər sistemindən vicdan anlayışını ləğv edib”. Təəccüb etmirəm. Çünki bu sənin özünə və ətrafındakılara aiddir. Bir də arada bəlkə geri boylan və keçib gəldiyin həyat yolunun özün üçün ötərgi də olsa təhlilini apar. Bir bax, gör kimsən, sənin ölkə üçün nə edəcəyini yox, ölkənin sənin üçün nə edəcəyini düşünürsənsə, bandan sonra qurduğun bütün fəaliyyətin də başdan-ayağa faciədir. İçindəki o iblis xislətin üzə çıxanda bəlli olur ki, elə sən bütün antimilli qüvvələrdən bəlkə də, beş çömçə artıq idin ki, əksik deyildin. Özü də bu 10 deputat olduğun müddətdə “layiq olduğundan” qat-qat çoxuna yiyələnibsən. Layiq olmadıqlarına yiyələndiyinə görə nəinki siyasətçi, heç ortabab dilçi belə olmadığın halda qollarını çırmayıb indi də millətə haqq yolu göstərməyə yöltənibsən. Özünü “Milli Şura”nın “əzabkeşi” kimi qələmə verirsən və bununla “şərəf” duyursan. «Şərəf» duymaqda haqlısan, çünki taylı-tayını tapar. Bir də, bu yerdə başqa bir söz də demək istəmirəm. Çünki zaman və müddət heç nəyi dəyişməyib. Sənin kimilər dəyişməyəcək də, xəmirin belə yoğrulub. Ancaq uzun illər bu dövlətin çörəyini yemiş, sonradan əqidəni 180 dərəcə dəyişən, Vətənindən, dövlətindən üz çevirən sizin kimi nankor manqurtların bir adı var – MƏNİVİYYATSIZ!!!

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə