AXCP sədri, yoxsa fotomontajçı bloqer? FOTOFAKTLAR

Yaxud, Cənubi Koreyada, Belorusda və hər hansı digər ölkədə baş verənlərin bizə nə dəxli var?

AXCP sədri Əli Kərimlinin siyasi fəaliyyətdən daha çox sosial şəbəkələrdə bloqer kimi tanınması kimsəyə sirr deyil. Amma onun daha bir peşəsi də üzə çıxıb – fotoşopçuluq. Yəni siyasi gopçuluq fəaliyyətinə fotoşopçuluq əlavəsi də tikilib. Məsələn, bir neçə il əvvəl 20 yanvar ümumxalq hüzn günü öz şəklinin arxasına Şəhidlər Xiyabanına axın edən böyük insan izdihamının şəklini montaj etməsi faktı yəqin ki, çoxlarının yadındadır.

Eləcə də Xocalı abidəsini ziyarət vaxtı da özünü “lider” kimi zorla ictimai rəyə sırıyan, məhz Əli Kərimlidir. Ümumiyyətlə, ətrafında süni ajiotaj, hay-küy yaratmağa cəhdlər göstərən AXCP sədrinin bu əməlləri məşhurdur, özü də necə! Əslində, buna ucuz küçə artistliyi desək, daha doğru olardı.

Sən – Əli Kərimli dərhal cuşa gəlir, çırtıq-çalıb oynamağa başlayırsan...

Yaxşı, 2016-cı ildə Cənubi Koreyada baş verən kütləvi mitinqləri öz adına deyilsə, bəs Belarusun adına niyə çıxarırsan? Məgər Belarusda baş verən hər hansı ictimai-siyasi hadisənin Azərbaycana dəxli-filanımı var? Və ya Belarusda ictimai-siyasi sabitlik pozulursa, sən bundan niyə sevinirsən? Bu da sənin və ətrafın üçün neftin qiymətinin aşağı düşməsinə görə sevinmək, təbrik etmək deyil axı! Gürcüstanda, Ukraynada baş verən bənzər hadisələr zamanında da məhz sən – Əli Kərimli dərhal cuşa gəlir, çırtıq-çalıb oynamağa başlayırsan. Halbuki, harada isə baş verənlərin nə sənə, nə AXCP-nə, nə də ümumiyyətlə, ölkəmizə aidiyyatı olmayıb, yoxdur və olmayacaq da!

Utanmasan oynamağa nə var ki...

Daha bir fakt isə, Ə.Kərimlinin və onun saxtakar sosial şəbəkə qrupunun hələ ötən il gülünc ənənələrinə sadiq qalaraq bənzər oyunbazlıqlara əl atamalarıdır. Onlar Google, Yandex və s. internet axtarış şəbəkələrində harada kütləvi fotolar görürlərsə, dərhal həmin fotoları özününküləşdirməklə, xalqa yalan sərgiləməyə başlayırlar. Məsələn, 2014-cü ildəki alman flaşmobundan oğurlayıb, onu AXCP-nin adına yazmaq onlar üçün nə abırsızlıq, nə də başqa bir şeydir. Necə deyərlər, utanmasan oynamağa nə var ki...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə