Paşinyan birbaşa məsuliyyət daşıyır TƏHLİL

Bir neçə gündür ki, hakim dairələrdə səhiyyə nazirinin istefası barədə israrla xəbərlər yayılır. Hətta yeni namizədlərin adlarının müzakirə olunduğunu söyləyirlər. Hakimiyyətin günahkarı elan etmək meyli çoxdan məlum idi, ancaq bu vəziyyətdə bu mümkün deyil.

Bəli, Arsen Torosyan epidemiya ilə mübarizədə uğursuz oldu, ancaq o bu uğursuzluğu ilə tək deyil. Başqaları da var. Onlar fəlakətin mahiyyətini belə anlaya bilmədilər. Hal-hazırda kiçik bir ölkədə 40 min xəstənin olması nəticəsiz qala bilməz. 1000 və ya daha çox ölüm halı da oyuncaq deyil. Onların hər biri fərdin və ya bir ailənin faciəsidir.

Epidemiya ilə mübarizənin təşkilati, hüquqi, səhiyyə, sosial və inzibati baxımdan bütün aspektləri uğursuz oldu.
İndi bütün işləri, səlahiyyətləri, dümək olar ki, hər şeyi əlinə alan erməni baş nazir onu da bilməlidir ki, idarəçiliyini qamarladığı ölkənin belə bədbəxtliyinin yükü də onun çiyinlərinə düşür. Baş nazir Paşinyan epidemiya ilə mübarizənin uğursuzluğuna birbaşa cavabdehdir. Çünki, pandemiya başlayan ilk gündən belə buna dırnaqarası yanaşdı, hətta lağ hədəfinə də çevirdi bu xəstəliyi, bu bəlanı.

Ziddiyyətli çağırışlardan ibarət çıxışları ilə Nikol çox məsələlərə yol açdı. Efirə belə çıxaraq öz uğursuz çağırışlarını etməkdən də çəkinmədi. Özü də pandemiyanın ilk çağlarında. Bu küçə nümayişçisi qlobal bəlanın, dünya səviyyəsində olan fəlakətin fərqinə varmadan yenə də öz niyyətlərini gerçəkləşdirməyə çalışdı.

Epidemiyanın əvvəlində Nikol mitinqlər etdi ki, bu çox ağılsız addımları arasında heç şübhəsiz ki, ən birincisi sayıla da bilər. Nikolun aydın qərarlar qəbul edə bilməməsi virusun yayılmasına da öz mənfi təsirlərini göstərdi. İndi artıq çox gecdir və bəlkə də erməni baş nazir bunun çoxdan fərqindədir. Onun da fərqindədir ki, tezliklə kör kimi tutduğu divar da qurtartacaq və müttəhim kimi xalqın ittiham edəcəyi kürsüsündə oturmalı olacaq, baş nazir kürsüsündə yox. Saysız-hesabsız erməni evdə müalicə almaq məcburiyyətində qaldı. Daha doğrusu, Nikol onları belə bir məcburiyyət qarşısında qoydu. Özü də davsız, dərmansız. Evdə müalicə alan on minlərlə erməni vətəndaş infeksiya ilə, dərman və digər müayinələr üçün pul da olmadan qaldı və bu da belə böyük ölüm halına səbəb oldu.

Ermənistanda istintaq aparılmalıdır. İstintaq aparılmalıdır ki, niyə ölümlər belə çoxdur? Bu istintaq aparıılacaq da və istintaqın aparılcağı gün də uzaqda deyil. Çünki, Ermənistan əhalisi elə də çox deyil ki, orada itgi halı gec rezonans doğursun və buna vaxt tələb olunsun. İndi hamı, ələlxüsus erməni cəmiyyəti çox yaxşı bilir ki, Ermənistan hökuməti vətəndaşlarının sağlamlığı və ölümü bahasına başa gələn bağışlanmaz səhvlərə yol verdi. Bunun da cavabdehliyi olacaq. Özü də birbaşa erməni xalqı qarşısında. İndi dünyaya yalandan bağırmağa nə ehtiyac qalmayacaq, nə də buna imkan da verilən deyil. Bir növ Paşinyan özü kimi erməni hiyləgərləri ilə üz-üzə qalıb və onlar erməni baş naziri üçün hansısa beynəlxalq təşkilatın, hansısa parlamentarisi deyil ki, bu mövzuda da baş tovlaya bilsin. İndi erməni fırıldaqçısı erməni hiyləgərləri ilə üz-üzədir və bir sözlə, onun qurtuluş ehtimalı sıfıra bərabərdir.

Hər şeyi bir insanın, Səhiyyə Nazirinin üzərinə atmaq əlbəttə ki, sadəlövhlükdür və Ermənistanın keçdiyi bu fəlakəti bir adama qəti şəkildə yükləmək olmaz. Doğrudur, bu məsələdə Arsen Torosyanın günahı az deyil. Amam Nikol özü şərait yaratdığı halda Torosyan nə edə bilərdi ki? Eyni zamanda bu kollektiv və fərdi məsuliyyət məsələsidir. Faciə bu hakimiyyətin dövründə baş verdi və bu hakimiyyətin də dövründə davam edir. Bir gün Nikol Paşinyan cavab verməlidir deyə erməni mətbuatı artıq yazılar yayımlayır. Epidemiya zamanı Nikol niyə məsuliyyətdən qaçdı və gizləndi? Bu vəziyyətə əvvəlcədən niyə erməni baş nazir çarə qılmadı? Məsuliyyətsizlik niyə göstərdi və indi insanların faciəvi şəkildə əhvinə niyə müşahidəçi kimi baxır? Niyə Yerevan dezinfeksiya olunmayan nadir şəhərlər arasındadır? Yerevan sakinləri niyə hakimiyyətsiz qaldılar?

Məhdudiyyətlər Ermənistanda mayın 4-də yüngülləşdirildi və maskalar taxmaq məcburiyyətinə yalnız mayın 18-də tətbiq olundu. Bu iki həftə fasiləsi ölkəyə faciə gətirdi. Baş nazir, komendant, səhiyyə naziri, bələdiyyə sədri və başqaları bu və ya digər suallara cavab verəcəkmi? Daha dəqiq desək başda Nikol Paşinyan olmaqla, bu adamlar nə vaxtsa bu suallara cavab verəcəklərinin fərqindədirlərmi?

Ermənistan vətəndaşlarına məxsus şəxsi, dəhşətli ailə hekayələri erməni mətbuatında yayılmağa başlayıb. İnsanlar susmaqdan beziblər və tədricən özləri, eləcə də qohumlarının keçdikləri faciələrdən danışırlar. Ölənlərə, xəstələnən insanlara münasibətdə elementar hörmət belə müşahidə olunmadığı etiraf olunur. Faciəvi hekayələr Ermənistan hökumətinin fəaliyyətsizliyinin bütün uğursuzluqlarını ifşa edir.

Təhlükə Ermənistanda hələ keçməyib və infeksiyanın yayılması perspektivi hələ də bəlli deyil. Bu şəraitdə Ermənistanda köhnə və yeni səhvlərin davam etməyəcəyinə belə zəmanət yoxdur. Hökumətin bir nəticəyə gəldiyinə dair də heç bir dəlil yoxdur və Ermənistan hakimiyyətinin nəyi isə anlayıb-anlamadığı da bəlli deyil. Amma bir şey bəllidir ki, Ermənistanın rastlaşdığı və bundan sonra da rastlaşacağı bütün bəlalarına görə Paşinyan birbaşa məsuliyyət daşıyır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...