“Vətənpərvərlik ali məqsədlərdəndir və yüksək keyfiyyətləri, vətənə bağlılığı göstərir” ÖZƏL-MÜNASİBƏT

Trol dəstələri məntiqi, reallığı qəbul etmirlər. Dəfələrlə olub ki, sosial şəbəkələrdə mən bir qrup trolla müzakirə aparmışıq və mən məntiqdən çıxış etməyə çalışmışam, amma görmüşəm ki, istənilən halda adamın üstünə gəlirlər. Bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Mərkəzin rəhbəri vurğulayıb ki, bu trol dəstələri məntiqi qəbul etmədən öz dediklərini deməkdə davam edirlər.
“Doğru bildiyimizi etməliyik. Doğru bildiyimizi edəndə heç nə haqqında düşünməməliyik ki, kimsə bizim üzərimizə gələ bilər. Üzərimizə gələnlər onsuz da hər zaman olacaq. Əsas işi görək, doğru bildiyimizi edək, nəticə əldə edək.

Bəli, vətənpərvərlik ən ali məqsədlərdən biridir. Vətənpərvərlik insanlarda yüksək keyfiyyətləri göstərir, vətənə bağlılığı göstərir. Sərhəddəki döyüşlərdən sonra gənclərimizdəki vətənpərvərlik ruhu bir daha nümayiş olundu. Xaricdəki soydaşlarımızın mütləq əksəriyyəti Azərbaycana, ana vətənlərinə dəstək verdilər. Yürüşlərə, mitinqlərə çıxdılar, Azərbaycan səfirliklərini erməni vandallarından qorudular. Bütün bunları biz gördük, müşahidə etdik. Yəni bütün bunlar təsdiq edir ki, həmvətənlərimiz vətəni sevirlər və vətən uğrunda fəda olmağa hazırdırlar. O ki, qaldı azsaylı qruplara, onlar hər zaman Azərbaycanı aşağılamağa, Azərbaycanın problemlərini artırmağa çalışacaqlar. Bu adamlar hər zaman olacaq. Onlara nəyi isə sübut etməyə də lüzum yoxdur, çünki reallığı, məntiqi, həqiqəti qəbul etmirlər”, deyə Elxan Şahinoğlu bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...