Erməni qadın hava limanında ərinin sümükləri ilə yaxalandı MÜNHENDƏ

Münhen hava limanının təhlükəsizlik xidmətinin əməkdaşları bir qadın sərnişinin baqajında ərinin qalırlarını aşkar ediblər. SİA xəbər verir ki, bu barədə RİA Novosti Bild tabloidinə istinadən yazır.

Qeyd olunur ki, sümüklər 74 yaşlı sərnişinin baqajına keçirilən baxış zamanı taxta yeşiyin içindən tapılıb və oraya sərhəd nəzarəti, həkim, prokurorluq nümayəndəsi cəlb edilib. Bəlli olub ki, 74 yaşlı qadın və onun 52 yaşlı qızı mərhumun qalıqlarını yaşadıqları Yunanıstandan Münhen və Kiyev vasitəsilə Ermənistana keçirmək istəyiblər. Sənədlərə əsasən, kişi 2008-ci ildə ölüb və Yunanıstanın Saloniki şəhəri yaxınlığında basdırılıb.

Lakin sonda hüquq-mühafizə orqanları mərhumun qalıqlarının daşınmasının qanuna zidd olmadığı qənaətinə gəliblər və qadınlara sümük yükləri ilə birlikdə Ermənistana səfərlərini davam etdirmələri barədə icazə sənədi veriblər.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə