"İyul hadisələrinə Ermənistanın baş naziri rəhbərlik edib" Armen Qriqoryan

"Ermənistanın baş naziri iyul hadisələrinin gedişatına rəhbərlik edib". SİA Ermənistana məxsus armenianreport.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azadlıq Radiosuna müsahibəsində söyləyib.
"Azərbaycanın vəziyyətə təkbaşına nəzarət edir, Türkiyə də prosesə müdaxilə etməyə çalışır. Bütün bunlar, məncə, bölgədə Ermənistan üçün ciddi bir təhdiddir, eyni zamanda regional təhlükəsizlik memarlığına bir problemdir, çünki regional təhlükəsizlik memarlığı illərdir bir formaya sahib idi və indi Türkiyənin müdaxiləsi ilə onu dəyişdirməyə cəhd edilir", deyən Qriqoryan bölgədə bu cür dəyişikliklərin qarşısını almaq üçün Rusiya ilə də bu istiqamətdə çox işlərinin oluğunu, bu dövlətə ümidləndiyini gizlətməyib.
Onun sözlərinə görə, iyul hadisələrinin gedişi Ermənistanın baş naziri tərəfindən istiqamətləndirilmiş və əlaqələndirilmişdir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...