Sevinc Osmanqızı Azərbaycan bayrağına tüpürən ermənini müdafiə etdi - VİDEO

Sevinc Osmanqızı Azərbaycan bayrağına tüpürən ermənini müdafiə etdi - VİDEO

"Bu qədər ictimai qınaq və təpkidən sonra da özünə gəlməyən Sevinc Osmanqızı yenidən erməniləri müdafiə edib. Artıq elə bir təsəvvür yaranır ki, Sevinc Osmanqızı ya ağır psixoloji xəstədir, ya da konkret olaraq Azərbaycan xalqının və dövlətinin düşmənidir. Axı, bu nə kin və nifrətdir ki, hər fürsətdə ermənilərin müdafiəsinə qalxır, Azərbaycan xalqına və dövlətinə hücum edir". SİA-nın verdiyi məlumata görə, bunu öz facebook səhifəsində YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov paylaşıb.

R.Vəlibəyov əlavə edib ki, Los-Anceles şəhərində və Brüsseldə baş verənlərdən sonra ortaya qoyuğu mövqe onu ifşa etdi: "Hər kəs yazdı, hər kəs danışdı, hər kəs qınadı. Lakin bütün bunlardan nəticə çıxarmadı, əksinə şizofren xəstələr kimi "mən düzəm, məni qınayan Azərbaycan xalqı səhvdir" dedi və bu dəfə də Londonda Azərbaycan bayrağına tüpürən ermənini müdafiə etdi.

Deyir ki, Londonda aksiya olub və heç bir qarşıdurma olmayıb. Bəs, bu kadrlara nə deyəcək, Sevinc Osmanqızı? Axı, açıq şəkildə görünür ki, ermənilər azərbaycanlıları təxribata çəkir. Axı, aydın şəkildə görünür ki, ermənilər azərbaycanlıları, bayrağımızı təhqir edir. Yəni, hansı maraqdır ki, Osmanqızı bunları görməzdən gəlir və heç bir insident olmadı deyib ermənilərin təhqir əməlini müdafiə edir, gizlətməyə çalışır".

Aparat rəhbəri sonda Sevinc Osmanqızına xitabən: "Qonşunuz və kanalınızın admini olmuş "Kasıb insan" yazır ki, yanınızda ermənilər işləyir, amma onlara maaş vermirsiz. Belə çıxır ki, erməniləri bu qədər sevməyiniz və müdafiə etməyiniz onların sizi maliyyəşdirmələri ilə bağlıdır...", yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə