Bu gün İtaliyanın paytaxtı Roma şəhərində Liviyada NATO-nun hərbi əməliyyatlarına cəlb olunmuş Liviya Əməkdaşlıq Qrupunun iclası keçiriləcək. SİA xəbərə verir ki, ABŞ dövlət katibi Hillari Klinton liviyalı üsyançılara maliyyə dəstəyi göstərilməsinin yollarını müzakirə etmək üçün Romaya səfərə gəlib. Dörd saatadək davam edəcək iclasda liviyalı üsyançılara maliyyə yardımının prinsipləri ilə geniş müzakirələr keçiriləcək və razılıq əldə olunacaq.
Xatırladaq ki, Liviya Əməkdaşlıq Qrupunun ilk görüşü ötən ay Qətərin paytaxtı Dohada keçirilib. Bu sayca ikinci görüşdür.
Xatırladaq ki, Liviya Əməkdaşlıq Qrupunun ilk görüşü ötən ay Qətərin paytaxtı Dohada keçirilib. Bu sayca ikinci görüşdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB