Narazılıqlar, repressiyalar Ermənistanda partlayış vəd edir TƏHLİL
Ermənistanda fövqəladə vəziyyətin məhdudlaşdırılması artıq epidemiyanın yayılmasının qarşısını almaqla əlaqələndirilmir. Bununla yanaşı, sosial gərginlik günü-gündən artır. Müxtəlif sosial təbəqələrin həll olunmamış və yığın-yığın problemlərinin yükü çoxalır. Fövqəladə vəziyyət rejiminin məhdudlaşdırılması səbəbindən qanuni maraqlarını ifadə etmək və problemlərini ictimaiyyətə açıqlamaq kimi konstitusiya hüququndan məhrum olmaq, narazılıq və ümidsizlik cəmiyyətin müxtəlif təbəqələrində yaranır ki, bu da ölkədə geniş gərginlik və ictimai etiraz mənbəyi deməkdir.
Bir tərəfdən Ermənistanda problemlər həll olunmur, həcmi getdikcə artır, digər tərəfdən, insanlar onları qaldırmaq, dinc etiraz və etiraz aksiyaları ilə eşitmək imkanından məhrum olurlar. İndi Ermənistanda baş verən toqquşmalar, qarşıdurmalar, əslində etiraz səsləridir. Hökümətin və ya digər hakimiyyət qollarının tələsik fəaliyyəti nəticəsində meydana gələn etiraz. Ermənistanın baş naziri Nikol Paşinyan başını kola salıb quyruğu çöldə qalan quş misalında elə bilir ki, özünü və ya əməllərini, repressiyalarını gizlədə bilib. Amma bərk yanılır. Necə deyərlər, ox yaydan çıxıb və ermənilər onun simasını, daha doğrusu simasızlığını görüb, bu da o deməkdir ki, daha narazılıqların qarşısı alınmazdır.
Bir zaman ermənilərə küçədəcə qızıl dağlar vəd edən Nikol sonra bu toplumu ən rəzil vəziyyətə nəinki qoydu, hətta kütlənin bu vəziyyətinə laqeyidcəsinə iki ildir ki, tamaşa edir. Bir vaxtlar erməni polisi də xalqındır deyən beli çantalı küçə nümayişçisi indi polisi həmin xalqın üzərinə yeridir. Ermənistan polisi xalqı, kütləni, sözünü deməyə çalışan insanları əzir. Demokratik ölkə kimi dünyaya sırıdılan bu avtoritar ermənistanda azad söz polis dəyənəyi ilə rastlaşmalı olur. Konstitusiya beli çantalı küçə nümayişçisindən düəzldilmiş baş nazirin istədiyi kimi tərtib olunur, qanunlar Qərbin marioneti olan Paşinyanın istəyi və sərfəsi ilə dəyişdirilir, Sorosun əlaltısı nə çalırsa ona oynamayanlar repressiyalarla susdurulur.
İndi erməni cəmiyyətinin ağzının yumulması üçün mitinqlərin, aksiyaların, toplaşmaların qarşısı epidemiya vəhanəsi ilə yumulur. Guya ki, Ermənistanda mitinq olsa koronavirusa yoluxma sayı çoxalar. Əvvəla, onsuz da bu ölkədə yoluxma sayı həddindən artıqdır. Əhalisinin sayına nisbətinə görə virusa yoluxma Ermənistanda çox acınacaqlı haldadır. Necə deyərlər islanmışın yağışdan nə qorxusu. Digər və özü də ən vacib tərəfdən, Nikol, yaxud onun komandası nə vaxtdan belə erməni cəmiyyətinin sağlamlığını düşünən olub? O həmin Nikol deyildimi ki, Ermənistanda koronavirusu ələ salırdı və bu qlobal bəlaya dırnaqası baxırdı. Nəticədə ermənilərin koronavirusun belə rəzil vəziyyətə salınmasında bu erməni baş nazirin dırnaqası əməyi azdırmı? Yaxud onun məmurları karantin vaxtı, özü də tək Ermənistanda yox, bütün dünyada tətbiq olunan karantin vaxtı, sərt qaydalar tələb olunan zaman kafe və restoranlarda kef çəkmirdilərmi? Onlar bu davranışlarla erməni cəmiyyətində hansı tərbiyəvi nümunə nümayiş etdirirdilər ki, indi də qayğı nümayiş etdirsinlər.
Heç şübhəsiz ki, Paşinyanın da, onun yaxın ətrafının, komandasının da erməni cəmiyyətini düşünməsi bəhanəsi dırnaqarası böyük Ermənistan qədər, onların tarix uydurmaları qədər absurd və gülünc görünür. İndi erməni cəmiyyətinin özündə belə bir az ağlı başında olan varsa, küçə nümayişçisinin bu yalanlarını ifşa etməyə qalxır, hətta bir növ onu rüsvay etməyi də bacarır. Çünki, Nikol barəsində deyilənlər ona həm yaraşır, həm də yapışır. Bu adam bu gün necə pandemiyaya görə özünü mübariz kimi göstərə bilər ki, Azərbaycan Prezidentinin koronavirusla əlaqədar dünya dövlətlərinin onlayn müzakirəsi təklifinə qarşı çıxdı? İndi belə bir adam, daha doğrusu belə bir ikiüzlü cəmiyyətin mühafizəsi, müdafiəsi prinsplərini əsas gətirə bilməz və onun etdiklərinin söz azadlığının əldən alınması, demokratiyanın boğulmasından başqa bir şey olmadığı gün kimi aydındır.
İndi Ermənistan hökuməti, məxsusi olaraq Nikol Paşinyan özü məhdudiyyətlərin süni şəkildə uzadılmasının sadəcə vaxt itkisi olduğunu başa düşmədiyi üçün, yaxud özünü qanmamazlığa vurduğu üçün bir gün narazılıq baharının tamamilə fərqli, arzuolunmaz, gözlənilməz bir zərbəsini almalı olacaq. Məntiqi yanaşma mütləq şəkildə bunu isbatlayır və zaman özü də təsdiq edəcək ki, deyilənlər həqiqətdir. Müxtəlif ölkələrdə oxşar hadisələr sadalananların əyani sübutudur və oxşar hallar Ermənistan üçün məlum proqnozlar, narazılıq dalğasının doğuracağı partlayış vəd edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB