Baş nazirin maşın karvanına hücum edilib

Baş nazirin maşın karvanına hücum edilib

Türkiyənin şimal qərbində baş nazir Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi nümayişdən sonra baş verən qumbara partlayışında bir polis zabiti ölüb, başqa birisi isə yaralanıb.

SİA-nın xəbərinə görə, Kastamonu şəhərində Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının rəsmilərinin olduğu avtobusu müşayiət edən polis maşınına naməlum silahlı şəxslər hücum edib. Hücumçular maşına qumbara atdıqdan sonra onu avtomatdan atəşə tutaraq alovlandırıb.

Hücum baş verərkən baş nazir artıq nümayişi helikopterdə tərk edərək yaxınlıqdakı Amasya qəsəbəsinə yolanmışdı. Amasyada çıxış edən Ərdoğan hücumuı "separatist" adlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə