“Gərəsən Nikol başa düşdü ki, ona sığınacaq da verilməyəcək?” Aqasi Yenokyan

“Gərəsən Nikol başa düşdü ki, ona sığınacaq da verilməyəcək?” Aqasi Yenokyan

Tavuşdakı döyüşlərdən sonra aparılan təbliğat və istər hərbi, istərsə də diplomatik məğlubiyyətlər zamanı Nikol Paşinyan bir neçə gün susdu. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Media Vəkil" təşəbbüsünün rəhbəri Aqasi Yenokyan öz Facebook səhifəsində yazıb.

O, öz səhifəsində qeyd edib ki, beləliklə, bir çox müzakirələr aparıldıqdan sonra Nikol Paşinyan başa düşdü ki, Ermənistan Rusiyanın dəstəyinə arxalana bilməz və bu, xüsusən də Ermənistan hakimiyyətinin qeyd-şərtsiz Kremlə itaət etməsindən və ya bəzən müstəqillik nümayiş etdirməsindən qətiyyən asılı deyil. "Media Vəkil" təşəbbüsünün rəhbəri qeyd edib ki, digər tərəfdən Paşinyan onu da anladı ki, Ermənistan Qərbin də dəstəyinə arxalana bilməz. Yenokyanın sözlərinə görə, Qərb tərəfdən Ermənistana ya dəstək olmayacaq, ya da bu dəstək olsa belə gec olacaq, yaxud da bu yardımın qarşılığında ermənilərdən çox böyük güzəştlər tələb edəcəklər.

“Beləliklə, iki il tələb olunurmuş ki, Nikol Paşinyan saysız-hesabsız döyüşlərin və Qarabağla bağlı danışıqların uğursuzluğundan, Suriyaya qoşunların göndərilməsindən, homoseksuallığın təbliğindən tutmuş konstitusiya quruluşunun dağıdılmasına qədər bütün qüsurlarını görsün və başa düşsün ki, diplomatiya onun, Rusiyanın, ya da Qərbin deyil, Ermənistanın maraqlarına xidmət etməli, söykənməli imiş.

Nikol Paşinyan başa düşsə yaxşı olardı ki, maraqlarını digər ölkələrin maraqları ilə müqayisə etmək və müstəqillik kimi axmaqlığından əl çəkmək lazım idi. Ermənistan öz üzərinə yalnız həll edə biləcəyi vəzifələri qoymalı idi. Başqa sözlə, kassa aparatlarından qəbzləri tələb etmək, maskalar taxmaq kimi ibtidai vəzifələr qoymalı idi, bir hökumət olaraq mövcud olduğunuzu göstərmək üçün Köçəryanı həbs etmək və bunu paylamaq yox.
Problem ondadır ki, ölkə rəhbərliyi bu qədər ibtidai düşüncəsi olan bir siyasi qüvvəyə həvalə edilmiş, müəyyən yanlış addımlar atmağa imkan verilmiş və bu addımların acı nəticə verməsini təmin etmək şansı da verilmişdir”, deyə "Media Vəkil" təşəbbüsünün rəhbəri Aqasi Yenokyan öz səhifəsində qeyd edib.

“Gərəsən Nikol başa düşdü ki, Qərb son dəfə verdiyi vədini də pozacaq və hakimiyyət dəyişdikdən sonra ona sığınacaq da verməyəcək?”, deyə A. Yenokyan erməni baş nazirə sual da ünvanlayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə