"ABŞ-da baş verənlər ölkənin söz azadlığı və normativ aktlarına ziddir" ÖZƏL - AÇIQLAMA
"ABŞ-ın Kaliforniya ştatındakı Erməni Diasporasının ölkənin hakim dairələrinə çox böyük təsiri var və bu, Baş nazir Nikol Paşinyanın Amerikaya səfərində diasporanın rəhbərləri ilə görüşündə də özünü biruzə verdi". Bu sözləri SİA-ya açıqlamasında siyasi məsələlər üzrə ekspert İlqar Vəlizadə deyib.
Onun sözlərinə görə, Ermənistanın ABŞ-ın Kaliforniya ştatındakı Diasporası çox aqresivdir və bu diasporanın Ermənistanın hakim dairələrinə çox böyük təsiri var:
"Bəzi mənbələr onu göstərir ki, Ermənistanın indiki rəhbərliyinin hakimiyyətə gəlməsində Amerikadakı erməni diasporasının müstəsna rolu var. Keçən ilin sentyabr ayında Baş nazir Nikol Paşinyanın Amerikaya səfərində də məhz Kaliforniyadakı Diasporanın rəhbərləri ilə görüşü də onların İrəvan siyasətinə təsirinin çox güclü olduğunu göstərdi. Bu görüşlərdə açıq-aşkar nümayiş olunurdu. Bu gün baş verən hadisələr, müxtəlif ölkələrdə azərbaycanlılara qarşı təzyiqlər yolverilməzdir. Xüsusilə də ABŞ-da baş verənlər ölkənin konstitusiyasını kobud şəkildə pozur. Burada söhbət söz azadlığı və normativ aktlardan gedir".
O vurğulayıb ki, Azərbaycan tərəfinin bu məsələlərlə bağlı Amerikanın hüquq-mühafizə orqanlarına, Amerika hakimiyyətinə, Amerikada yaşayan azərbaycanlılar və Azərbaycan Diasporası, həmçinin dost diasporaları birlikdə, Türkiyə Diasporası ilə müraciət edə bilərlər:
"Kaliforniyada baş verən hadisələr nəinki Amerikanın rəsmiləri tərəfindən tənqidi fikirlərin səsləndirməsinə gətirib çıxara bilər. Eyni zamanda konkret əməllər başqa ölkənin vətəndaşlarına da edilə bilər. Buna görə də, Azərbaycanlılara qarşı aqresiv çıxış edən şəxslər konkret olaraq müəyyənləşməli və hüquqi baxımdan cəzalandırılmalıdırlar.
Digər tərəfdən bu hal bir daha göstərdi ki, erməni diasporası Amerikadakı bu münaqişədə çox distruktiv rol oynayır. Bu diasporanın Amerika rəhbərliyinə, xüsusilə də Dağlıq Qarabağ tənzimləməsinə təsir göstərən dairələrə təsirini minimuma endirmək üçün Azərbaycan tərəfi, Azərbaycan Diasporası konkret addımlar atmalıdır. Bu hərəkətləri törədən şəxslərin, bu dairələrin distruktiv mövqeyini bir daha ön plana çəkərək onların Amerika maraqlarını zidd olduğunu göstərməliyik. Həm Azərbaycan hökuməti, həm də diaspora nümayəndələri buna səy göstərməlidir. Son nəticə etibarilə bu insanların törətdiyi əməllər və onaların nəticəsi Amerikanın insan hüquqları ilə bağlı maraqlarına ziddir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB