Özünüzü yığışdırın, elə etməyin ki..." Gülay Quliyeva

Özünüzü yığışdırın, elə etməyin ki..." Gülay Quliyeva

"Vaxtı ilə çayxaxanalarda oturub, peşəsi ancaq dedi-qodu edərək, erməni mətbuatı üçün informasiya mənbəyi olanlar, ölkəmizlə bağlı qərəzli yalan və böhtanlar yayanlar indi də öz qədim peşələrini sosial şəbəkələrdə həyata keçirməyə çəhd edirlər". Bu fikirləri SİA-ya Ailə Dünyası, Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülay Quliyeva deyib. "Bu gün həmin şəxslər utanmadan Ordumuza dəstək məqsədilə könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatdan keçmiş vətənpərvər insanlarımız haqqında düşməni sevindirəcək, manşetə çıxarılaraq erməni mətbuatını bəzəyəcək yalan və böhtan dolu statuslar paylaşırlar", deyən İB rəhbəri Facebook sosial şəbəkəsində yazıb: "Mən həmin statusları buradan paylaşıb düşmənlərimizi bir daha sevindirmək istəmirəm. Lakin qaçqınlarla bağlı, orduya könüllü olaraq yazılan məmur övladları ilə bağlı dedi-qodu edənlərə üzümü tutub deyirəm ki, özünüzü yığışdırın, elə etməyin ki, həmin statuslarınızı xalqın müzakirəsinə verib, üzünüzə tüpürtdürüm. Belə xoşagəlməz yazılarla xalqın milli ruhunu qıra bilməyəcəksiz". Qeyd edək ki, bir sıra radikal müxalifət tərəfdarları olan sosial şəbəkə istifadəçiləri təxribat xarakterli əməllərə yol verməklə və ölkəmizdə mövcud olan milli ruha və həmrəyliyə kölgə salmaqla düşmən dəyirmanına su tökməklə məşğuldurlar. Onu da bildirək ki, artıq müvafiq güc strukturları belə əməllərə rəvac verənlərə xəbərdarlıq ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə