Ermənistan səfirliyi qarşısında aksiya - ABŞ-da

Ermənistan səfirliyi qarşısında aksiya - ABŞ-da

ABŞ-ın paytaxtı Vaşinqton şəhərindəki Ermənistan səfirliyinin binası qarşısında etiraz aksiyası keçirilib. SİA-nın məlumatına görə, aksiyada Azərbaycan icmalarının Vaşinqtonda və onun ətrafında yaşayan üzvləri iştirak ediblər.

Aksiyaçılar əllərində Azərbaycan və Türkiyənin bayraqları ilə səfirlik binasının önünə doğru yürüş ediblər. “İşğalı dayandır”, “Ar olsun Ermənistana”, "Qarabağa Ədalət", “Qarabağ Azərbaycanındır” şüarlarını yazıldığı plakatlarla səfirlik binasının önündə toplaşan yüzlərlə həmyerlimiz Amerika ictimaiyyətini baş verən ədalətsizliyə susmamağa çağırıb.

Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi növbəti təxribatları barədə ABŞ ictimayyətinə məlumat verilib.

Etirazçılar qəsbkar Ermənistanın davam etdirdiyi təxribatları dərhal dayandırmasını, Azərbaycan torpaqlarında işğala son qoymasını tələb ediblər.

Aksiyanın sonunda bəyanat oxunub və sənədin bir nüsxəsi işğalçı ölkənin səfirliyinin binasının qapısına vurulub.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə