“Paşinyan hökuməti düşdüyü ağır vəziyyətdən çıxış yollarını axtarır” ÖZƏL-MÜNASİBƏT

Bir neçə il öncə Cənab Prezident Ermənistan dövlətinin gerçək mahiyyətini ifadə edən "Ermənistan Rusiyanın forpostudur" demişdir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Maarifçi Gənclər Təşkilatının sədri Ruhiyyə Aslanova deyib.

Təşkilatının sədri qeyd edib ki, bu fikrin davamı olaraq, Ermənistan rəhbərliyinin hər zaman erməni xalqının deyil, böyük dövlətlərin güc mərkəzlərinin Ermənistandakı təmsilçisi, uzantısı olduğunu bildirmək istəyirəm.
“Belə bir dövlətlə müharibə aparmağın özünəməxsus çətinliyi var. Çünki siyasi hakimiyyət xalqın deyil, beynəlxalq güc mərkəzlərinin iradəsini təmsil edir. Paşinyanın hakimiyyətə gəlişi və hökumətini necə formalaşdırmağı hamıya məlumdur. Siyasi təzadlarla və məkrli planlarla Paşinyan hökuməti düşdüyü ağır vəziyyətdən çıxış yollarını axtarır. Və sözün əsl mənasında siyasi çırpıntılar içərisindədir. Özünü qərbin "demokratik dəyərlərinin təmailçisi" hesab edən Paşinyan qərbli dostlarından dəstək görmədikdə ümidini şərqdə ölkəsinin forpostu olduğu Rusiyada axtarmağa başlayıb. KTMT-nın iclasını çağrılması təşəbbüsləri özünü siyasi varlıq səbəblərinin inkar etməsi və müəyyən mənada siyasi intiharına cəhdidir. Paşinyan hökuməti anlamaq istəmir ki, qarşısında müstəqil Azərbaycanın güclü dövləti və siyasi iqtidarı durur. Ermənistan bu manevrlərlə Azərbaycana hərbi-siyasi təsir göstərəcəyini düşünürsə böyük səhv edir. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycanda 90-cı illərin əvvəllərindən fərqli olaraq hal-hazırda ciddi nizami ordu, güclü siyasi iradə və Azərbaycan xalqının bitməz tükənməz dəstəyi vardır. İnanıram ki, Ermənistanın ağlı başında olan vətəndaşları hökumətinin "qərbin maşası" və "Rusiyanın forpostu" olduqlarını anlayacaqlar”, deyə Ruhiyyə Aslanova bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...