“Ermənistan bu cür təxribatlardan maliyyə resursları əldə edir” ÖZƏL-MÜNASİBƏT

Hal-hazırda Ermənistanın normal, sivil dövlət kimi inkişaf etmək resursu yoxdur. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Mərkəzin direktorunun sözlərinə görə, Ermənistan elə bu cür təxribatlar yolu ilə dividentlər, maliyyə resursu, geosiyasi resurs qazanmaq məcburiyyətindədir.

“Dağlıq Qarabağ münaqişəsini ermənilər Amerikanın xüsusi xidmət orqanlarının sözü ilə başladı, nə var ki, geosiyasi və geoiqtisadi resurs qazandılar. SSRİ-nin dağılmasında iştirak etdikləri üçün Amerikadan dəstək də, xüsusilə maliyyə dəstəyi də aldılar. Ermənistanın bundan sonra terrorçu dövlətə və yaxud kasıb oğru, quldur dövlətə çevrilmək şansı daha çoxdur, nəinki, onun normal, sivil dövlət yolunda inkişafı. Yəni, mən sizə deyim ki, Ermənistanın normal dövlət kimi inkişaf resursunun məhv olmasında ən böyük xidmət məhz Cənab İlham Əliyevə məxsusdur. Yəni, Paşinyan hakimiyyət gələndə də Prezident özü də etiraf etdi ki, Ermənistanın daxilində baş verənlər Azərbaycanın əməlidir. Eləcə də bu gün də Ermənistanın daxilində əksər qüvvələr hətta hesab edir ki, Paşinyanı Ermənistan hakimiyyətində İlham Əliyev oturdub və Paşinyan Cənab İlham Əliyevin 5-ci kalonudur.

O ki, qaldı bu son hadisələrlə bağlı Cənab Prezidentin dediyinə, yəni mən sizə deyim ki, əslində ölkə Prezidenti çox şeyi açıq deyə bilməz. Onu elə bizim kimi adamlar deməlidir və yaxud şərhini verməlidir. Bəli, Paşinyanın həyasızlığına bax, vəzifəyə gələn kimi birinci addımı nə oldu, KTMT-nin baş katibini, hansı ki, milliyyətcə erməni idi vəzifədən qovdu, həbs etdirdi. Yəni, əslində KTMT beynəlxalq təşkilatdı, onun da baş katibi beynəlxalq məmurdur, Ermənistanın məmuru deyil. Amma Paşinyan onu qovdurdu. İndi sən nə qədər həyasız olmalısan ki, qayıdıb KTMT-dən kömək istəyəsən? Onu da nəzərə almaq lazımdır ki, KTMT-də Ermənistanı çıxmaq şərtilə hamısı Azərbaycanın dostudur. O da nəzərə alınmalıdır ki, KTMT elə Azərbaycan faktorunu nəzər alaraq, Ermənistana dəstək vermədi. Bu Azərbaycanın çox böyük geosiyasi qələbəsidir. Münaqişə ilə əaqədar, daha doğrusu Rusiya ilə Erəmənistan arasında olan müqaviləyə görə Rusiya ən azı 3 variantda, 3 təbəqədə Ermənistanı müdafiə etməli idi. Əvvəla, Rusiya ilə Ermənistan arasında dövlət sərhədlərinin qorunması üçün ikitərəfli dövlətlərarası müqavilə var. İkincisi, Ermənistanda Risuya və Ermənistan birgə qoşun birləşmələri mövcuddur ki, onun da əsas məqsədi Ermənistanın ərazisinə qəsd olacağı təqdirdə Ermənistanın müdafiə olunmasıdır. Üçüncüsü, KTMT-nin nizamnaməsindəki 5-ci maddədir ki, bir üzv dövlətə hücum bütün üzv dövlətlərə hücumdur. Yəni, digər dövlətlər gəlib Ermənistanı müdafiə etməlidir. Amma gördünüz ki, iclası yarımçıq saxladı, təxirə saldı və sonra elə bəyanat verdi ki, o bəyənat Ermənistandan daha çox Azərbaycanın maraqlarına cavab verirdi. Yəni, o mənada, ölkə Prezidentinin verdiyi bəyanatlar, ölkə Prezidentinin başçılığı ilə gedən hərbi əməliyyatlar mən elə başa düşürəm, Ermənistanın normal dövlət olması, inkişafı yolunu bir daha və birdəfəlik bağlayacaq”, deyə Mübariz Əhmədoğlu bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə