"Azərbaycan xalqı Prezidentinə inamını bir daha nümayiş etdirdi"

İlqar İlyasov,

Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının sədri

Ermənistandakı son onilliklərdə dəyişən hakimiyyətin istifadə etdiyi Qarabag kartı daha erməni xalqı üçün keçərli deyil

Təcavüzkar Ermənistanın hərbi qüvvələri tərəfindən Azərbaycan Ermənistan dövlət sərhəddinin Tovuz rayonu istiqamətindən pozulma cəhdinin qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən dərhal alındı. Xəyanətkar düşmən layiqli cavabını alaraq geri oturduldu. Düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edildi. Agır döyüşlərdə Azərbaycan ordusu da itki verdi. Hərbi qulluqçularımızdan yaralananlar oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, döyüşdə yaralanan hərbiçilərimizə şəfa versin. Əlbətdə döyüş varsa itki də qaçılmazdı. Ancaq diqqəti çəkən məqam bundan ibarətdir ki, bu dəfə düşmən həmişə olduğu kimi işğal etdiyi Azərbaycan torpaqlarından Daglıq Qarabag və onun ətrafındakı ərazilərdən deyil, Beynəlxalq aləm tərəfindən təsdiq olunmuş stabil ərazi sərhədlərindən hücuma keçdi, sərhədlərimizi kobud şəkildə pozmağa cəhd etdi. Bu amil düşmənin uzunmüddətli riyakar planlarının olmasından xəbər verir. Hadisələrdən bu cür nəticə çıxarmaq olur ki, Ermənistan dövləti ölkəsindəki siyasi və sosial böhrandan xalqın diqqətini yayındırmaq üçün yenidən münaqişəni alovlandırmaq məcburiyyətindədir. Elə isə sual olunur bəs niyə bu təcavüz cəhdi Daglıq Qarabag ətrafı ərazidən həyata keçirilmədi? Əslində bu sualın cavabı çox sadədir .Artıq 30 ilə yaxındır ki.Ermənistan tərəfi Azərbaycan torpaqlarının 20 faizini işgal edib.Ancaq bu işğal Beynəlxalq Təşkilatlar və dünyanın əksər dövlətləri tərəfindən pislənir, Azərbaycanın ərazi bütövlüyünə təcavüz kimi qiymətləndirilir, Ermənistanın Azərbaycan torpaqlarında ikinci Ermənistan dövləti yaratması cəhdinə imkan verilmir. Ermənistandakı siyasi, sosial-iqtisadi durum hər gün Paşinyan hakimiyyətini tənəzzülə daha bir addım yaxınlaşdırır. Əlbəttə Paşinyan Hakimiyyəti ölkəsindəki mövcud durumu yaxşı görür və təhlil edir.

Bir tərəfdən də KORONOVİRUS infeksiyasının Ermənistanda geniş yayılması ölüm hallarının kütləvi hal alması olkədəki böhranı daha da dərinləşdirir və Paşinyan hakimiyyətinin sonunu yaxınlaşdırır. Təbii ki, separatçı rejim hakimiyyəti əldən verməmək üçün alternativ vasitələrdən istifadə etməli idi. Bunun üçün ən ideal variant yenə Paşinyan hakimiyyətindən cana döymuş xalqın diqqətini müharibə mövzusuna cəlb etmək idi. Ancaq Ermənistandakı son on illiklərdə dəyişən hakimiyyətlin istifadə etdiyi Qarabag kartı daha erməni xalqına keçərli deyil. Ona görə də plan yeni münaqişə ocağı yaradıb Paşinyan hakimiyyətini devirmək üçün zəncir gəmirən erməni xalqının diqqətini bu müharibəyə cəlb etmək idi. Ermənistan münaqişə ocağı yaratdı. Ancaq Azərbaycan tərəfindən vurulan adekvat, sarsıdıcı zərbə düşmənin planlarını alt-üst etdi. Hazırda Ermənistanda ictimai-siyasi durum əvvəlkindən daha pisdir. Azərbaycan sərhədlərini pozmaq istəyən erməni qüvvələrinin ağır itkilərini hakimiyyət gizlətməyə cəhd etsə də, erməni xalqı bu itkilərdən xəbərdardır və ayağa qalxıb yarıtmaz Paşinyan hakimiyyətinin rədd olmasını tələb edir. Aclıq, səfalət, sosial-siyasi böhran Ermənistanı çökdürüb. Beynəlxalq aləm də Ermənistanın Azərbaycan sərhədlərinə hərbi təcavüzünü pisləyərək, işğalçı rejimi şovinist əməllərindən əl çəkməyə çağırır. Beləliklə ermənilər və onların havadarlarının məkirli əməlləri fiaskoya uğradı. Ermənistandan fərqli olaraq Azərbaycandakı mövcud sabit durum, soisal-iqtisadi sferada artım tempi, ictimai-siyasi sahədəki sabitlik, əhalinin dövlətə inamı, pandemiya şəraitində dövlətin COVİD-19 infeksiyası ilə uğurlu mübarizə üsullarından istifadə etməsi beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun durmadan artması Ermənistan və onun havadarları tərəfindən həzm olunmur. Koronavirus pandemiyasının tüğyan etdiyi bu çətin dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının təşəbbüsü ilə BMT Baş Assambleyasının videokonfrans formatında xüsusi sessiyasının çağrılması barədə qərarının qəbul edilməsi ölkəmizin, onun Prezidentinin dünya birliyində hörmət və nüfuzunun bariz nümunəsidir.

Son hadisələr bir daha Azərbaycan dövlətinin gücünü, xalqla birliyini göstərdi. Azərbaycan ordusunun generalı sıravi əsgərlə bərabər ön cəbhədə olaraq şəhidlik zirvəsinə yüksəldi. Ən başlıcası Azərbaycan Prezidenti həmişə olduğu kimi dərhal çevik qərarlar verdi, xalqın dövlətin gücünü mənfur düşmənə göstərdi və düşmən layiqli cavabını aldı. Böyük xalq kütləsi izdiham yaradaraq hər an dövlətinin, Ali Baş Komandanının yanında olduğunu nümayiş etdirdi. Xalqla iqtidar birliyi bir daha əyani nümayiş olundu. Ölkədə fəaliyyət göstərən siysi təsisatlar, hətta, əksər müüxalifət partiyaları belə Azərbaycan dövlətinin yanında olduqlarını bəyan etdilər. Bu idi xalqın dövlətinə, Rəhbərinə sevgisi , inamı , bu idi xalq- iqtidar birliyi.

Bu gün rəşadətli Azərbaycan ordusu mətinliklə torpaqlarımızı qoruyur, Ali Baş Komandanın əmrlərini qüsursuz icra edir. İyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi bir daha vurğuladı: “Bizim qüdrətli Ordumuz var, Azərbaycan Ordusu öz torpaqlarını qorumağa və işğaldan azad etməyə qadirdir”. Ona görə də küçələrə çıxıb, xalqa çagrış edib özünü xüsusi qəhrəman kimi qələmə verməyə ehtiyac yoxdur. Hər kəs öz sahəsində vicdanla çalışmalıdır. Bununla dövlətinə, xalqına xidmət etmiş olur. Lazım gəldikdə Ali Baş Komandan əmr verdikdə hamı səfərbər olacaq. Ancaq çöx təəsüflər olsun ki, daxildəki özünü ana müxalifət adlandıran bəzi ünsürlər xalqı pozuculuğa, itaətsizliyə çağırır, ölkədə xaos, anarxiya yaratmaq cəhdləri edirlər. Xalqımızın düşmənlə açıq səngərdə üz-üzə dayandığı ərəfədə bu ünsürlərə bir ad vermək olar - SATQINLAR.

Lakin, xalqımız uzun illərdir hakimiyyət arzusu ilə qovrulan, hakimiyyətə gəlmək üçün lazım gəlsə xalqın yarısını qırğına verməyə hazır olan, torpaqların itirilməsi bahasına belə çirkin niyyətlərinə çatmaq istəyən xainlərə inanmır və onlarə nifrət edir. Azərbaycan xalqı hər zaman Prezidentinin ətrafında sıx birləşib, bu gündə xalqımız cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin hər bir əmrini yerinə yetirməyə hazırdır. yap.org.az

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...