Çavuşoğlu: "Ermənistan ağlını başına toplasın, Azərbaycan tək deyil" NÖVBƏTİ BƏYANAT

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu TRT Haber-in canlı yayımında dünya gündəminə aid suallara aydınlıq gətirərkən, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə də münasibət bildirib. SİA SABAH-a istinadən xəbər verir ki, qardaş ölkənin XİN rəhbəri Ermənistanın etdiklərinin qəbuledilməz olduğunu deyib.

"Ağlını başına topla, Azərbaycan tək deyil. Biz Türkiyə Cümhuriyyəti və Türk milləti olaraq bütün imkanlarımızla Azərbaycanın yanındayıq”, deyən Türkiyənin XİN-nin rəhbəri Türkiyə dövlətinin Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün əlindən gələn hər dəstəyi göstərəcəyini bir daha vurğulayıb.

“Azərbaycan işğal edilmiş torpaqlar və Qarabağ mövzusunda hansı seçimi tərcih edərsə, biz Azərbaycanın yanında olacağıq”, Çavuşoğlu bildirib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...