XİN: Ermənistan silahlı qüvvələrinin bütün həmlələri müvafiq əks tədbirlər ilə cavablandırılıb
Ermənistan silahlı qüvvələrinin 12 iyul tarixində Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatının qarşısı alınıb, düşmən qüvvələri adekvat cavab zərbələri ilə üzləşib. Bu gün ərzində bölgədə gərgin vəziyyət davam edib və Ermənistan silahlı qüvvələrinin bütün həmlələri müvafiq əks tədbirlər ilə cavablandırılıb.
SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
Bildirilir ki, Ermənistan silahlı qüvvələri 13 iyul 2020-ci il tarixində Azərbaycanın Tovuz rayonunun Dondar Quşçu kəndini və buradakı dinc sakinləri iriçaplı silahlardan istifadə etməklə hədəfə alıb. Bu əməli ilə Ermənistan özünün təcavüzkar və terrorçu mahiyyətini növbəti dəfə nümayiş etdirib.
2016-cı ilin aprel hadisələrində olduğu kimi Azərbaycanın dinc əhalisinin sıx yaşadığı əraziləri artilleriya atəşinə tutan Ermənistan öz üzərinə götürdüyü bütün öhdəliklərini, beynəlxalq humanitar hüquq da daxil olmaqla beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobudcasına pozur. Bu təxribatın arxasında duran Ermənistan rəhbərliyi isə öz nasist xislətini üzə çıxarır.
Ermənistan silahlı qüvvələrinin davam edən təxribatı nəticəsində Azərbaycanlı mülki əhali arasında hələ ki, itki yoxdur və düşmənin bütün həmlələrinin qarşısı müvafiq şəkildə alınır. Ermənistan rəhbərliyi əmin olsun ki, Azərbaycan silahlı qüvvələrinin döyüş meydanında göstərdiyi yüksək əzmi və şücaəti hər bir azərbaycanlı mülki şəxsi bölüşür və eyni ilə nümayiş etdirir. Çünki Azərbaycanın mövqeyi haqq-ədalət mövqeyidir və beynəlxalq hüquqa əsaslanır.
Təcavüzkar siyasətini davam etdirən, Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin işğalının nəticələrini möhkəmləndirməyə çalışan Ermənistan rəhbərliyi əmin olsun ki, bu siyasət ona rüsvayçılıq, iflas və özünü məhvetmədən başqa bir şey vəd etmir. Ermənistan rəhbərliyi düşünməsin ki, onların törətdiyi əməllər cəzasız qalacaq. Hər bir işğal halında olduğu kimi, Ermənistanın işğalı da müvəqqəti xarakter daşıyır və bu ölkə törətdiyi bütün qanunsuz əməllərin cavabını verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
    Xəbər lenti
“Dəlilik daha da pisləşəcək..?"
Dünya 19:54Putinin növbəti hədəfləri açıqlandı...
Dünya 19:45Altı ilin ən böyük super ayı bu həftə səmada görünəcək...
Texnologiya 19:36Ukrayna Avropa İttifaqına nə vaxt qoşulacaq..?
Dünya 19:25MakSim ilk dəfə evlənməyi xəyal etmədiyini etiraf edir...
Şou-Biznes 19:14Putin əcdadlarının haradan olduğunu açıqladı...
Dünya 19:03Keniyada Azərbaycanın Zəfər Günü qeyd olunub
Siyasət 18:40Şimali Kiprdə V Manas Forumu keçiriləcək
Siyasət 18:38Kadırov ruslara müraciət edib...
Dünya 18:35Rejissor Mikayıl Mikayılov: BIAF Azərbaycanda böyük bir hadisədir
Mədəniyyət 18:11“Bu müharibənin tarixində ilk dəfə...”
Dünya 18:04Akademiya Muzeyinin açılışı olub
Təhsil 17:53Yunanıstan Azərbaycana yeni səfir təyin edib
Siyasət 16:55Sabah Bakının bəzi qəsəbələrində su kəsiləcək
İqtisadiyyat 16:47Həcc – iman yoxsa nümayiş?
Köşə yazıları 16:33Ötən ay 77 aptekdə yoxlama aparılıb
Sosial 15:47Paytaxtda oğurluq edənlər saxlanılıblar
Hadisə 15:45Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib
Siyasət 15:43“Son illər maliyyə savadlılığında artım var” - DEPUTAT DANIŞDI
İqtisadiyyat 15:40Şuşa Zəfərinə gedən yol
Rəy 15:23Azərbaycan ADIPEC 2025 tədbirində təmsil olunub
İqtisadiyyat 15:16Azərbaycanın tanıdılmasında diasporun rolu müzakirə olunub
Mədəniyyət 14:54Ceyhun Bayramov Əlcəzair XİN başçısı ilə görüşüb
Siyasət 14:23Maştağa və Albalılıqda işıq olmayacaq
Sosial 14:21Nəsimi rayonunda dələduzluq edən şəxs saxlanılıb
Hadisə 13:56Mərkəzi Bankın valyuta ehtiyatları 11,3 milyard dolları ötüb
İqtisadiyyat 13:33Dörd texniki reqlament layihəsinin ictimai müzakirəsi keçirilib - FOTOLAR
İqtisadiyyat 13:24AQTA sahibkarlıq subyektlərinə xəbərdarlıq edib
Sosial 13:22Özəl xəbərlər
Digər xəbərlər
    Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
- 
                    
 USD
                    1,7000
                    
                    0,00%
                 - 
                    
 EUR
                    1,9566
                    
                    -0,22%
                 - 
                    
 GBP
                    2,2310
                    
                    -0,14%
                 - 
                    
 RUB
                    2,0988
                    
                    -0,18%
                 
                        
                                                    
                    
    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    .jpg)

.jpg)
        