"Xarici siyasətdə uğur kredosu" Zəkiyyə Musayeva

Zəkiyyə Musayeva

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Qadınlar Şurasının sədri

Ən çətin vəziyyətlərdə qlobal düşünmək bacarığı, təkçə öz ölkəsinin deyil, eləcə də bəşəriyyəti xilas etmək arzusu, müdrik addımları ilə dünyanın etimadını və etibarını qazanmaq, zəmanəsini çox-çox qabaqlayan görkəmli insanlara məxsus keyfiyyətlərdi. Yeni, geosiyasi vəziyyətdə qlobal idarəetmədə üstünlük qazanmaq, bütövlükdə idarəetmə anlayışının məzmununu yeniləmək, eyni zamanda məxsus olduğu dövlətin və cəmiyyətin mədəni gücünü beynəlxalq müstəvidə göstərmək, müasir dövrdə uğurlu xarici siyasətin vacib şərtlərindən biridir.

Liderlik xüsusiyyətləri ilə sahib olduğu güclü dəyərlər sayəsində ətrafında yaratdığı xarizmatik nümunəvi insan, əsaslı davranışları ilə digər insanlar üçün bir ideal modelin olmasına zəmin yaradır. Sürətli dəyişən dünyada özündə müsbət keyfiyyətləri ehtiva edən liderin atdığı addımlar məxsus olduğu ölkə və xalq üçün böyük önəm daşıyır. Danılmaz bir həqiqət mövcuddur ki, Azərbaycanın bir çox aparıcı dünya dövlətlərinin onilliklər boyu keçdiyi təkamül və inkişaf mərhələlərini qısa zaman kəsiyində qət edə bilməsi heç də yalnız respublikanın zəngin təbii sərvətləri və intellektual resursları ilə şərtlənmir. Azərbaycanda bu potensialın xalqın mənafeyinə uyğun realizə edilməsi, eyni zamanda xarici siyasət kursunun prioritetlərinin doğru-düzgün müəyyənləşdirilməsi və reallaşdırılması ilə sıx bağlıdır. Azərbaycanın xarici siyasət xəttinin ən önəmli üstünlüklərindən olan balanslı və çoxtərəfli siyasət beynəlxalq təşkilatlarla əlaqələrimizdə də özünü göstərir. Azərbaycan xarici siyasətində bir tərəfdən digər ölkələrlə dostluq, qonşuluq, əməkdaşlıq münasibətlərinə ciddi önəm verilir, digər tərəfdən ölkəmizin milli təhlükəsizliyinə və milli maraqlarına zidd olan hərəkətlərə də adekvat reaksiya göstərərək öz mənafeyini müdafiə edir. Xarici siyasətdə müəyyənləşdirilmiş prioritetlər, təbii ki, Azərbaycanın mövqelərinin güclənməsinə, beynəlxalq aləmdə çəkisinin artmasına və daha qüdrətli dövlət olmasına xidmət edir. Azərbaycan Respublikasının xarici siyasətində dünya dövlətləri ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ilə yanaşı beynəlxalq və regional təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi də mühüm yer tutur. Çox mühüm coğrafi-strateji məkanda yerləşən Azərbaycan malik olduğu mövqedən həm özünün, həm də tərəfdaşlarının maksimum bəhrələnməsi üçün hərtərəfli şərait yaradır, milli mənafelərinin və təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər həyata keçirir.

Avropa ilə Asiyanın qovşağında strateji baxımdan əlverişli, mühüm geostrateji mövqeyə malik olan Azərbaycan ictimai-siyasi və mədəni-mənəvi həyatın bütün sahələrində özünəməxsus xüsusiyyətləri yaşatmaqla yanaşı, Şərq və Qərb dəyərlərinin sintezindən yaranmış cəhətləri də əxz edərək, bu gün dünya birliyində nüfuz və söz sahibi olmuşdur. Ölkəmizdə uğurlu – milli maraqlarımıza cavab verən xarici siyasət yeridilməsinə üstünlük verir. Başqa sözlə, yaşadığımız dünyada müstəqilliyimizin və milli mənafeyimizin qorunub saxlanılmasında xarici siyasət aparıcı rol oynayır. Prezident İlham Əliyev həmişə xüsusi olaraq vurğulayır: Azərbaycan öz milli maraqlarına uyğun və maraqlarının qorunmasına yönəlmiş xarici siyasət həyata keçirir.” Ölkə başçısı İlham Əliyevin xarici siyasət sahəsindəki uğurlarının əsas səbəbi budur ki, o, müasir dünyada gedən siyasi və iqtisadi proseslərə dərindən bələddir, qloballaşma və inteqrasiya nəticəsində dünya meydanında baş verə biləcək bütün dəyişiklikləri qabaqcadan görür və Azərbaycanı bu dəyişiklikləri qarşılamaq üçün hazırlaya bilir. Ölkədə gedən inkişaf və xarici siyasətdə əldə olunan üstünlüklər bəzi dövlətlərin qısqanc münasibətlərinə yol açsa da və zaman –zaman ölkəmizi asılı vəziyyətə salmaq üçün yeni cəhdlər göstərilsədə, cənab İlham Əliyevin qətiyyətli, prinsipial və cəsarətli gedişləri nəticəsində geri çəkilməyə məcbur olublar. Dünya üçün risklərlə dolu olan bir dövrdə Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi məkanda uğurlu siyasət aparmaq böyük qüdrət tələb edir. Prezident İlham Əliyev sistemli, əhatəli və müasir tələblərə tam cavab verən siyasət həyata keçirməklə müsbət nümunə yaradır. Eyni zamanda, Azərbaycanın dövlət başçısı yeni regional əməkdaşlıq formatlarının təşəbbüskarı kimi çıxış edir.

Mayın 4-də Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın Təmas qrupunun videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş Zirvə görüşü keçirildi. Qırxdan çox üzv ölkənin dövlət və hökumət rəhbərləri, eləcə də nüfuzlu şəxslərin qatıldığı videokonfransda əsas mövzu pandemiyaya qarşı birgə mübarizə aparmaq və beynəlxalq səyləri gücləndirməkdən ibarət idi. Koronavirus infeksiyasının (COVID-19) dünyada sürətlə yayıldığı bir dövrdə məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Türk Şurası çərçivəsində Fövqəladə Zirvə Görüşünün təşkili dünya miqyasında baş verən proseslərə operativ reaksiyası ilə seçilən Türk Şurasının bu cür nümunəvi addım atan ilk beynəlxalq təşkilat olaraq qəbul edilməsi ilə nəticələnib. Dünyanın əksər ölkələrində ciddi fəsadlar törədən pandemiyaya qarşı mübarizədə bütün dövlətləri birləşdirməyə çalışmaq Azərbaycanın humanist siyasət yürütdüyünün və dünyada yaşayan bütün insanların sağlamlığının qorunmasına öz töhfəsini verdiyinin əyani göstəricisidir. Eləcədə, dünyanın 130-dan çox dövlətinin Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsünü dəstəkləməsi şəxsi nüfuzunun, siyasi təcrübəsi və diplomatik addımlarının nəticəsidir. Şərqlə Qərb mədəniyyətinin qovşağında, sivilizasiyalararası dialoq, tolerantlıq, hümanizim kimi ali dəyərləri özündə ehtiva edən Azərbaycan bu gün dünyaya öz nümunəsində, ümumi mənafe naminə bir ideya ətrafında birləşmək bacarığını təqdim edir. Eyni zamanda, BMT-nin hesabatına əsasən, ölkəmizin “Davamlı inkişaf məqsədləri indeksi”nə görə regionda lider olması bir daha onu subut edir ki, real praktiki addımlara üstünlük verən, düşünülmüş siyasət həyata keçirən və milli maraqlarımzı qoruyan mütəfəkkirin dövlətimizə rəhbərlik etməsi ən böyük şansımız və gələcək uğurlarımızın təminatıdır.

Bu gün Azərbaycan həm də ədalətli mövqe nümunəsində, insanlıq naminə atığı addımları, həyata keçirdiyi siyasətilə dünyaya önəmli töhfə verir. Bunun əksinə olaraq, Ermənistan Azərbaycanın uğurlarını qısqanclıqla qarşılayır, dünyanın qlobal problemlə üzləşdiyi bir məqamda regionda sabitliyi təhdid etməklə, işğalçı siyasət həyata keçirir. Onlar təkcə torpaqlarımızı işğalda saxlamır, bununla bərabər, gərginliyin səngiməsinə imkan vermir, regionun təhlükəsizliyinə çox ciddi zərbə vururlar. Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tututması bunun bariz nümunəsidir. Cənab İlham Əliyevin qətiyyəti sayəsində hazırda dünya birliyi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır və dəstəkləyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq bəyan edib ki, “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt olmayacaq... Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcək. Yəni, Azərbaycanın ərazi bütövlüyü məsələsində... heç bir güzəşt olmayacaq”. Əminik ki, ölkə başçısının həyata keçirdiyi xarici siyasəti, diplomatik addımları sayəsində bu ədalətsizliyə son qoyulacaq və qəbul olunmuş dörd qətnamənin icrası tam təmin ediləcəkdir. yap.org.az

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...