"Cəmiyyət olaraq sosial məsuliyyətimizi artırmalıyıq" ÖZƏL-MÜNASİBƏT

“İyulun 6-da Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-Prezident Mehriban xanım Əliyeva, Fövqəladə hallar nazirliyinin Tibb mərkəzinin modul tipli xəstəxanasının açılışını etdilər. Son zamanlar dünyada, o cümlədən ölkəmizdə koronovirusa yoluxanların sayında ciddi artımların olduğunu və dövlət xəstəxanalarında yüklənməni nəzərə alsaq, 800 yerlik yeni xəstəxananın əhəmiyyəti böyükdür”. Bunu SİA-ya millət vəkili Nəsib Məhəməliyev deyib.

Deputatın sözlərinə görə, Bakı şəhərində və regionlarda müəyyənləşdirdiyi pandemiya xəstəxanaları ilə yanaşı, yeni tikilən modul tipli hospitallar, ölkə başçısının uzaqgörənliklə apardığı siyasətin nəticəsidir: “Çünki, pandemiyanın nə vaxta qədər uzanacağı, Covid-19-a qarşı vaksinin nə vaxt tapılacağı və yaxud insanlığın daha hansı sürprizlərlə qarşılaşacağı barədə heç kim dəqiq məlumatlara malik deyil. Buna görə də, artıq dünya ictimaiyyəti tərəfindən müharibə kimi qəbul olunan Covid-19 pandemiyası ilə mübarizədə ilk növbədə müvafiq infrastrukturun yaradılması vacibdir. Eyni zamanda lazımi tibb avadanlıqlarının, kombinezonların, süni nəfəs aparatlarının, qoruyucu maskaların, dizenfeksiyaedici məhsulların, dərman ləvazimatlarının təchizatı olduqca zəruri işlərdir.

Sadaladığım vacib şərtlərin və digər məhdudlaşdırıcı tədbirlərin, cənab Prezident tərəfindən zamanında həyata keçirilməsi pandemiyanı nəzarətdə saxlanmasını təmin etdi. Son günlərdə yoluxanların sayının azalmaya doğru yönəlməsi isə, bunun təsdiqidir. Ancaq arxayınlaşmaq üçün əsas yoxdur. Cəmiyyət olaraq daha da sosial məsuliyyətimizi artırmalıyıq. Təhlükə hələ də sovuşmayıb. Tam qələbə o halda mümkündür ki, dövlətlə cəmiyyət birgə mübarizə aparsın”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...