Mayın 3-dən 5-dək Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Serbiya və Monteneqroya rəsmi səfərləri nəzərdə tutulub.
Xarici İşlər Nazirliyindən SİA bildiriblər ki, Serbiyaya səfəri çərçivəsində E.Məmmədyarovun bu ölkənin Prezidenti Boris Tadiç, Baş nazir Mirko Tsvetkoviç, xarici işlər naziri Vuk Yeremiç, əmək və sosial siyasət naziri Rasim Lyaiç, Baş nazirin birinci müavini və daxili işlər naziri İvitsa Daçic, Milli Assambleyanın prezidenti xanım Slavitsa Cukiç Deyanoviç ilə görüşləri gözlənilir.
Monteneqroya səfəri çərçivəsində isə E.Məmmədyarov bu ölkənin Prezidenti Filip Vuyanoviç, Baş nazir İqor Lukşiç, xarici işlər naziri Milan Roçe, parlamentin sədri Ranko Krivikapiç ilə görüşəcəkdir.
Hər iki səfər zamanı ikitərəfli münasibətlər, regional təşkilatlar çərçivəsində əməkdaşlıq, iqtisadi, siyasi, mədəni və digər sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB