Fransa Dağlıq Qarabağda sülhməramlılar yerləşdirməyi düşünür

Fransa Dağlıq Qarabağda sülhməramlılar yerləşdirməyi düşünür
Fransa Ermənistanın işğalı ilə başlanan Ermənistan-Azərbaycan münaqişəsi zonasında - Dağlıq Qarabağda sülhməramlı qüvvələr yerləşdirməyi götür-qoy edir. SİA-nın verdiyi məlumata görə, bunu Ermənistan mətbuatına açıqlamasında Eurasia Intelligence Report jurnalının baş redaktoru, beynəlxalq və strateji araşdırmalar mərkəzinin direktoru, Rusiya və postsovet ölkələri üzrə mütəxəssis Arno Düben deyib.
Politoloq bildirib ki, Fransa BMT Təhlükəsizlik Şurasının qərarlarına ciddi yanaşan bir ölkə kimi Liviya və Kot Divuar kimi ölkələrdə baş verənlərə biganə qala bilmədi. Amma Kosovoda fərqli mənzərə idi. Dağlıq Qarabağa gəlincə burada vəziyyət fərqlidir. Müharibə yoxdur. Buna baxmayaraq Fransa Dağlıq Qarabağda sülhməramlılar yerləşdirməyi düşünür.

Bütün xəbərlər Facebook səhifəmizdə