"Prezident modul tipli hospitalın açılışında bir çox vacib məsələlərə toxundu” ÖZƏL-MÜNASİBƏT

“Prezident İlham Əliyev iyulun 6-da Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışındakı çıxışında ölkədaxili və beynəlxalq əhəmiyyətli bir çox vacib məsələlərə toxundu”. Bunu SİA-ya millət vəkili Ceyhun Məmmədov deyib.

Deputatın sözlərinə görə, öncə Prezident İlham Əliyev pandemiya ilə mübarizədə ölkəmizdə həyata keçirilən irimiqyaslı tədbirlərdən bəhs etdi: “Bir çox dünya ölkələrində olduğu kimi pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşmədiyini qeyd etdi. Ancaq bu virusdan ölkə iqtisadiyyatının və vətəndaşların əziyyət çəkməməsi üçün gərəkən addımların atılacağını, heç bir sosial layihədə gecikmənin olmayacağını xüsusi vurğuladı. Baxmayarq ki, bu dövrdə neftin qiymətində də tənəzzül müşahidə olundu.

Prezident çıxışında ölkə vətəndaşlarının sağlamlığının qorunmasının hər şeydən öndə durduğunu vurğuladı. Bu məqsədlə ölkəmizdə yeni xəstəxanaların inşa olunduğunu və bu işin gələcəkdə də uğurla davam etdiriləcəyini qeyd etdi.

Prezident Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsəslələrə də geniş toxundu. Ermənistanın hazırkı mərhələdə əsas məqsədinin danışıqlar prosesini pozmaq olduğunu bildirdi. Bu məqsədlə müxtəlif təxribatlara əl atdığını, beynəlxalq təşkilatların bu məsələyə adekvat reaksiya vermədiyini qeyd etdi.

Ölkə başçısı həmçinin Azərbaycanla müqayisədə pandemiya ilə mübarizə sahəsində vəziyyətin yaxşı olmadığını, bu ölkənin hazırda pandemiyadan ən çox əziyyət çəkən ölkələrdən biri olduğunu qeyd etdi. Buna təsir göstərən amillərdən biri də Ermənistanın uzun illərdir Azərbaycana qarşı nümayiş etdirdiyi aqressiyadır. Məhz bu səbəbdən Ermənistan bir çox regional layihələrdən kənarda qalıb”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...