Xorvatiyada parlament seçkiləri keçirilir

Xorvatiyada birpalatalı parlament seçkilərinə səsvermə başlayıb. Təxminən 3,86 milyon seçici 70 siyasi partiya, birlik və koalisiyadan olan 2,6 mindən çox namizədə səs verəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 151 deputat kreslosu uğrunda əsas mübarizə isə baş nazir Andrey Plenkoviçin hakim “Xorvat demokratik birliyi” partiyası və əsas müxalifət qüvvəsi olan Sosial Demokratik Partiyanın rəhbəri Davor Bernardiçinin başçılıq etdiyi “Yenidənqurma” koalisiyası arasında gedəcək.

Xorvatiyada parlament seçkilərinin əvvəlcədən payızda keçirilməsi nəzərdə tutulsa da, koronavirusun yayılması ilə bağlı vəziyyətin pisləşəcəyi proqnozlarından sonra hakimiyyət müxalifətlə danışıqlara gedərək, səsverməni ertələmək qərarına gəlib. Son məlumatlara görə, respublikada 3094 yoluxma qeydə alınıb, onlardan 2183-ü sağalıb, 113 nəfər isə dünyasını dəyişib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...