"Azərbaycan cəmiyyəti yüksək təhsilli və mədəniyyətli şəxslərdir. Təbii ki, istisnalar və məsuliyyətsizlik elementləri nümayiş etdirən şəxslər də var". Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Obildirib ki, dövlət tərəfindən tətbiq edilən karantin qaydalarından yayınmaqla özünü qəhraman hesab edənlər var: "Lakin, bu şəxsləri hər birimiz maarifləndirməklə onların inamını təmin edə bilərik. Bu istiqamətdə vətənpərvar mediamızın səyləri təqdirəlayiqdir. Onlar bu istiqamətdə dövlətin yanındadır".
Müəllif: Nigar Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB