Anar Xəlilov: "Müxalifət ucuz qarayaxma kampaniyası aparır" RƏY-ÖZƏL

Anar Xəlilov: "Müxalifət ucuz qarayaxma kampaniyası aparır" RƏY-ÖZƏL

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev 26 iyun Ordu Günü münasibəti ilə hərbiçilərlə görüşündə çıxışında Azərbaycan dövlətinin və Azərbaycan ordusunun gücündən danışdı və işğalçı Ermənistanın gücsüzlüyünü və perspektivsizliyini də konkret faktlarla göstərdi. Prezident müstəqilliyin ilk illərində Azərbaycanın dövlətçiliyini təhlükə altında qoyan AXC-Müsavat cütlüyünü kəskin tənqid etdi. Sual yaranır Cənab Prezidentin bu əsaslı mövqeyindən indiki müxalifət partiya sədrləri nə dərəcə də nəticə çıxara bilərlər?

Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov “Səs” qəzetinə açıqlamasında bildirib ki, son illər Azərbaycanın ordu quruculuğu sahəsində əldə etdiyi uğurlar, müasir standartlara cavab verən peşəkar hərbi kadrların yetişdirilməsi alqışa layiqdir: “Sovet İttifaqından bizə miras qalan köhnə hərbi hissələr və hərbi texnikalar müstəqil müasir dövlətçiliyimizin keçən qısa dövrü ərzində təmamilə yenilənmişdir. Cənab prezidentin də qeyd etdiyi kimi bütün hərbi hissələr, şəhərciklər, bazalar faktiki olaraq yenidən qurulub. Artıq hərbi hissələrin 90 faizində tikinti-bərpa və ya yenidənqurma işləri tamamlanıb. Bu cənab prezidentin, Ali baş komandanın öz ordusuna, əsgərinə göstərdiyi qayğının təzahürüdür. Qürurla eməliyik ki, Azərbaycan ordusu artıq dünyanın 50 ən güclü ordusu sırasındadır. Milyardlarla ordumuza qoyulan vəsait texniki təhcizat baxımından Azərbaycan ordusunu güclü ordular sırasına çıxarmışdır. Bu gün ordumuzun xidmətində olan zirehli texnikalarımız, hava hücumundan müdafiə kompleksləri, silah sursat, texniki təhcizat, müasir modernləşdirilmiş döyüş təyyarələrimiz, vertolyotlarımız, artireliya qurğularımız və s Azərbaycan ordusunu müasir güclü və öz torpaqlarını bu gün işğaldan azad etməyə qadir olduğunu isbat edir. Bütün bunlar cənab prezidentin ordu quruculuğunda gərgin əməyinin bəhrəsidir. Bu gün ən diqqəti çəkən məsələ isə Azərbaycanın öz Müdafiə Sənayesi vasitəsilə 1300 adda hərbi təyinatlı məhsul istehsal etməsidir”.

Anar Xəlilov bildirib ki, görülən işlər sayəsində ordumuz öz gücünü 2016 və 2018-ci ilin hərbi əməliyyatlarında göstərdi və düşmənə layiqli cavab verdi torpaqlarımızın bir qismin azad etdi: “Nəzərə almaq lazımdır ki, torpaqlarımız işğal olunanda Azərbaycan ordusu yox idi. Bu istiqamətdə yarıtmaz və hərbə aid olmayan insanların səriştəsizliyi nəticəsində Sovet ordusundan qalan hərbi texnikalar və sursatlar düzgün istifadə olunmadı ordu qurulmadı. Ayrı-ayrı könülü batalyonlar ordu funksiyasını yerinə yetirirdi. Məhz o dövrün siyasi çəkişmələri və məsuliyyətsiz kadrlarının sayəsində nə ordu qura bildik nə də torpaqlarımız qoruduq. Nəticədə 20 faiz torpaqlarımız işğal olundu. Ümummilli Lider Heydər Əliyevin xalqın çağrışı ilə yenidən hakimiyyətə gəlməsi ilə vəziyyət təmamilə dəyişdi dövlət və ordu quruculuğuna başlanıldı. Cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən bu siyasət isə bu gün güclü Azərbaycan dövləti və ordusunu yaratdı. Bu gün inamla demək olar ki, biz torpaqlarımızı azad etməyə qadirik və bunu edəcəyik. Lakin yenə də o dövrün səriştəsiz kadrları bu gün də eyni ampulda qalaraq bütün bu görülən işlərə qarşı müxalif mövqe sərgiləyir qarayaxma kompaniyası aparır”.

A.Xəlilovun sözlərinə görə, dağıdıcılıq təfəkkürünə malik bu insanlar uğurları görmək istəmir yalnız kiçik baş verən problemi şişirdib hay küy salır insanların probleminin həllini yox əksinə onlara mane olur: “Müxalifətçilik bu düşüncədə olmamalıdır. Müxalifət tənqidi sivil və siyasi etika üzərində qurmalıdır. Məntiqli tənqid etməli amma eyni zamanda uğurları da dilə gətirməlidir. Bütün dünyada normal iqtidar-müxalifət münasibətləri bu cür tənzimlənir. Bunlar isə uğurları görəndə daha da aqresivləşirlər. Bu gün Qarabağımızı azad etməyimizin bir yolu da təkcə güclü ordu deyil eyni zamanda vətən naminə kimliyindən asılı olmayaraq həmrəy olmağımızdan keçir. Azərbaycanın bütün müxalif partiya rəhbərləri bunu dərk etməli dövlətçilik və ərazi bütövlüyü məsələsində dövlətə dəstək olmalı ona mane olmamalıdırlar. Başqa cür mövqe ancaq düşmənə xidmət edir. Cənab prezidentin bu məsələ ilə bağlı mövqeyi xalq tərəfindən dəstəklənir, müxalif liderlər də bunu görməli və öz fəaliyyətlərində dönüş etməlidirlər. Bunu etmək istəməyən müxaliflər daim xalqın qınağında olacaq və heç bir siyasi uğur qazana bilməyəcəkdir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə