“Ermənistanda fövqəladə vəziyyət rejimi yenidən uzadılacaq” "Hraparak" qəzeti yazır

“Ermənistanda fövqəladə vəziyyət rejimi yenidən uzadılacaq” "Hraparak" qəzeti yazır

Ermənistan hakimiyyəti 14 martda elan edilmiş fövqəladə vəziyyət rejimini yenidən bərpa etmək istəyir. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazır.

“14 İyul üçüncü dövr başa çatır. Ancaq bəzi məlumatlara görə, Ermənistan ən azı dekabr ayına qədər fövqəladə vəziyyət rejimində yaşayacaqdır. İqtidar dairələrindəki müzakirələr zamanı nəzərə alınıb ki, ilk növbədə ictimai hadisələrin, aksiyaların, mitinqlərin qarşısını almaq üçün müxalifətə qarşı yönəlmiş bu addım həmin dövrə qədər davam etdirilməlidir”, deyə "Hraparak" qəzeti yazır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə