DİN: “ABŞ-ın Azərbaycandakı səfirliyinin təhlükəsizliyi etibarlı şəkildə qorunur”
Amerika Birləşmiş Ştatlarının və qərb ölkələrinin Azərbaycandakı səfirliklərinin və diplomatik nümayəndəliklərinin təhlükəsizliyi etibarlı şəkildə qorunur. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə bildirib. Onun sözlərinə görə, səfirliklər, akreditə olunmuş diplomatik korpusları da daxil olmaqla, onların yerləşdiyi ərazi daim diqqət mərkəzindədir. Mühafizə tədbirləri yüksək səviyyədə təşkil olunub: "Daxili İşlər Nazirliyi bu istiqamətdə üzərinə düşən vəzifənin öhdəsindən gəlir".
Xatırladaq ki, mayın 1-də Pakistanın Abbotabad şəhərində keçirilmiş xüsusi əməliyyat nəticəsində "Əl Qaidə" beynəlxalq terror şəbəkəsinin lideri Üsamə bin Laden öldürülüb. Öz növbəsində isə ABŞ Dövlət Departamenti xaricdə yaşayan vətəndaşlarını terror təhlükəsi ilə bağlı xəbərdar edib. Dövlət Departamenti "Əl Qaidə" lideri Üsamə Bin Ladenin öldürülüməsi ilə bağlı vətəndaşlarını bir neçə gün ehtiyatlı olmağa çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB