Yaxud özgənin yalı ilə bəslənənləri tarix heç vaxt bağışlamır
Artıq bir müddətdir ki, Sevinc Osmanqızı canlı yayımlarında müxalifət düşərgəsinin təmsilçilərini, trollarını üz-üzə qoymaqla yanaşı, onları təhqir etdirməyi də unutmur. Bəli, ənənəsinə sadiq qalan Sevinc Osmanqızı bu dəfə də təhqir etdirdi, lakin müxalifəti deyil, birbaşa xalqımızı. İnsanlarımızı trollarına təhqir etdirən Sevinc Osmanqızı bununla son günlər ərzində ifşa edilməsinə göstərdiyi psixoloji gərginlik təpkisi kimi qəbul edilə bilər. Amma bu heç bir halda haqq vermir ki, Sevinc Osmanqızı xalqımıza yönəlik təhqirlərə yol versin. Xalqı aşağılamaq, siyasi məqsədlər naminə dövlətinə, Vətəninə qarşı qarayaxma kampaniyası
aparmaq heç bir mənəvi çərçivəyə sığmaz. Bu gün S.Osmanqızı pandemiya zamanıda özü kimi istifadə olunan satqınları "Osmanqızı TV"-yə dəvət etməklə qarayaxma kampaniyası aparmaqla bir daha nə qədə mənəviyyatsız olduğunu nümayiş etdirir.
Təəccüblü deyil...
Çünki satqın və istifadə olunanların anladıqları budur. Baxın, dağıdıcı müxalifət deyir ki, Azərbaycanda infrastruktur bərbad vəziyyətdədir. Konstruktiv müxalifət isə dağıdıcı müxalifəti başa salır ki, ətrafa baxsınlar. Yeniləşən Azərbaycanda aparılan tikinti-quruculuq işlərini-binalar, yollar, parklar və s... radikallara sübut kimi göstərirlər. Lakin onlar bunu görmək istəmirlər. Və S.Osmanqızı da Əli Kərimlini kanalına dəvət etiməklə bir daha gerçək üzünü göstərir. Bu nə birinci, nə də sonuncudur, nə də təəccüb doğurandır. Bu o Sevinc Osmanqızıdır ki, bu gün sosial şəbəkələrdə onun-bunun sifarişlərini canla-başla həyata keçirən, əvəzində filan qədər dollar, avro əldə edənlərə, Vətəninin maraqlarını amerikan, ingilis və s. ölkələrin xəfiyyələrinə satan Sevinc Osmanqızıdır! Bir fərd ki, öz ailəsinə, soyadına qarşı xəyanət edirsə, ondan bütün rəzillikləri, riyakarlıqları, ləyaqətsizlikləri gözləmək mümkündür. Belə bir deyim var: "xəyanət ölümdən betər bir şeydir və bunu sadəcə anlamaq lazımdır". Lakin Sevinc kimiləri üçün isə, xəyanət etmək ən adi bir məsələdir. Və ondan bütün rəzillikləri, riyakarlıqları, ləyaqətsizlikləri gözləmək mümkündür. Bir də dərk etməyə nə əqli, nə də əxlaqı imkan vermir. İllər böyu rusun, farsın, erməninin, ingilisin, amerikalının, norveçlinin maşası, quruqbulayanı ola, belə əxlaqsız və mənəviyyatını bütünlüklə qrantlara satan bir nakəsdən başqa nəyi gözləmək olar?! Və yenə də vurğulayıram ki, əslində, ortada təəccüblənəcək heç nə yoxdur. Hakimiyyətin uğurlarını «müxalifətin qələbəsi» kimi zorla xalqa sırımaq yalnız bu siyasi satqın və istifadf olunan Sevinc osmaqızı kimilərin canındadır, qanındadır. Elə bədəxtlik də bundadır. Çünki əgər bu gün bütün dünyanı ağuşuna alan koronavirus epidemiyasının tüğyan etdiyi bir zamanda insanların salamlığını qorumaq üçün "Evdə qal" kampaniyasını aparırsa və mənəm-mənəm deyən dövlətlərdə insan itikisinin yüksək oldluğu halda, Azərbaycan dövlətinin düzgün və düşünülmüş siyasəti nəticəsində insan itikisinin az sayda olduğunu Beynəlxalq Səhiyyə təşkilatı da bildirir və koronavirusa yoluxan ölkələr də bu təcrübədən istifalə edirlərsə, o zaman bu sosial şəbəkə virusları evdə qalmağını “ev dustaqlığı” kimi niyə qələmə verirlər? Dərdiniz başqa dərddir.
Bir sözlə, Sevinc Osmanqızı kimi satqınlar Azərbaycanda nəyi görmək istəmirsə, daha çox, necə deyərlər "qaşınmayan yerdən qan çıxarmağa" çalışır. Ancaq hər nə olursan, ol, kimlərinsə istifadəsinə çevrilmə. Ancaq görünür Sevinc Osmanqızı kimilər buna adətkar olub. Bunu da necə deyərlər, əcinələr və satqınlar yuvası olan "Milli Şura"nını sədri Cəmil Həsənli deyib ki, müxalifətdəkilər tryapkadırlar, özü də heç ayaqqabı silməyə belə layiq deyillər. Bəli, göründüyü kimi, onun-bunun yalağı olmaqla yanaşı, adını "siyasi mühacir" qoyaraq, Vətənini, elini, hətta ailəsini belə sataraq, mənəviyyat deyilən məfhumdan uzaq olan, qranta hər şeylərini satanlar istifadə olunub yararsız əşya kimi atılırlar. Sevinc Osmanqızı kimi. Və bu o S.Osmanqızıdır ki, Vətəni bir evə dəyişən satqın iblisdir.
S.Osmanqızı aşırı qədər satqındır ki, hətta "20 Yanvar, 20 noyabr, Xocalı və xalqımızın başına gətirilən digər faciələrdə olanları bilmək haqqımız və borcumuz deyil" deyir. Doğurdan da, S.Osmanqızını, vəhşi, faşist adlandırsaq da, ondan da ağır bir söz axtarışına çıxdım. Tapdığım söz insan yox, İBLİS oldu. Bəli, S.Osmanqızı iblisdir. Maraqlıdır, bu iblis Xocalı faciəsi ilə bağlı "olanları bilmək borcumuz və haqqımızdır" deyir. Ancaq hətta Sarkisyan belə, etiraf edir ki, Xocalıda insanları bilə-bilə qırıblar. Və Sevinc Osmanqızı kimilərin belə deməsi də təəccüb doğurmur. Çünki belələri beynəlxalq siyasi qüvvələr tərəfindən geniş maliyyə vəsaiti xərcləyərək onlardan Azərbaycana qarşı istifadə edirlər. Və bu parazitlər anlamalıdırlıar ki, Azərbaycanda onlara yer yoxdur. Onların əsl mahiyyəti alət olmaqdır və onlar öz istifadə müddətlərini çoxdan bitiriblər. Və belələri istifadə olunan erməni itinin yalağında yalağlananlardlır. Ancaq unutmamalıdırlar ki, Vətənin halal çörəyinə kəm baxanların gözünə qan gələr və özgənin (həm də düşmənin) yalı ilə bəslənənləri tarix heç vaxt bağışlanmır.
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB