“Ermənistan Parlamentində "isti yay" gözlənilir” "Hraparak" qəzeti yazır

“Ermənistan Parlamentində "isti yay" gözlənilir” "Hraparak" qəzeti yazır

Ermənistanda parlamentariləri isti yay gözləyir. SİA Ermənistana məxsus aysor.am saytında yahyımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazır.

Qəzet yazır ki, bu gün Ermənistan Milli Məclisində 12 məsələni əhatə edən olduqca geniş gündəliyi ilə fövqəladə bir iclas çağırılmalı, üstəlik bir neçə məsələ birinci və ikinci oxunuşda müzakirə olunmalıdır.

Gündəlikdə Hesablama Palatasının 2019-cu il üçün fəaliyyəti, 2019-cu il büdcəsinin icrasına dair hesabat, Mərkəzi Seçki Komissiyasının 2018-2019-cu illərdəki fəaliyyətinə dair hesabat da yer alıb.

“Bəzi məlumatlara görə, bu son fövqəladə iclas deyil, deputatlar yay tətilini parlamentdə keçirəcəklər. Hələ yekunlaşdırılmamış qanun layihələri var. Əlbətdə ki, uyğun namizəd tapmadıqları təqdirdə gələn həftə Konstitusiya Məhkəməsinin yeni hakimlərinin seçiləcəyi də mümkündür. İndi namizədləri axtarmaqla məşğuldurlar”, deyə nəşr qeyd edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə