“Nabucco” layihəsinin rəsmi sözçüsü: “Azərbaycan və İraqla tədarük razılaşmaları bu ilin sonuna kimi imzalanmalıdır”
Xəzər bölgəsi və Orta Şərqin təbii qaz ehtiyatlarının Avropaya çatdırması üçün nəzərdə tutulan "Nabucco" təbii qaz boru xətti layihəsinin gələcəyi ilə bağlı qeyri-müəyyənlik hələ də davam edir. SİA-nın "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, layihənin rəsmi sözçüsü Kristian Dolezal bildirib ki, inşaat işlərinə başlamaq üçün ilk olaraq Azərbaycan və İraqla tədarük razılaşmaları bu ilin sonuna kimi imzalanmalıdır.
Son investisiya qərarından sonra kəmərin tikintisinə başlayacağına inandığını deyən Dolezal bildirib ki, bunun üçün müəyyən etdikləri tarix 2012-ci ilin sonudur: "İnşaat işləri bütün ölkələrdə eyni zamanda başlayacaq. Daha sonra xəttlər birləşdiriləcək. İnşaata başlamazdan əvvəl tədarükçü ölkələrdən açıq öhdəliyə ehtiyacımız var. Yəni, Azərbaycan və İraqla tədarük razılaşmalarının bu il ərzində tamamlamağımız lazımdır. Yalnız Azərbaycanın belə "Nabucco"ya çatacaq qədər təbii qazı var. İraqda da çox böyük təbii qaz ehtiyatları var. "Nabucco"ya qazın çatmaması kimi bir məsələ müzakirə mövzusu deyil. Azərbaycan və İraq qazı indiki halda zəmanətli deyil, ancaq dəstəklədiklərini bildirən çoxlu sayda rəsmi şərhlər var. Türkmənistan da təbii qazın "Nabucco" ilə nəqlində olduqca istəklidir".
Avropanın "Nabucco"ya dəstəyinin azalmadığını ifadə edən layihə sözçüsü bildirib ki, Yaponiyada baş verən nüvə faciəsi Avropadakı enerji müzakirələrinin istiqamətini dəyişdirib: "Nüvə enerjisinə olan dəstək çox azaldı. Bu təbii qazın yenidən üstünlük qazanacağını göstərir. Biz yarışı qazanmağa çalışmırıq. 2030-cu ildə Avropa artıq təbii qaz çıxara bilməyəcək. Ona görə də bugünki tələbatla həmin dövrün tələbatı arasında böyük fərq olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB