“Müasir şərqşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
1-2 iyun tarixlərdə Azərbaycan Milli Elmlər Akademiyasında "Müasir şərqşünaslığın aktual problemləri" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. SİA-nın xəbərinə görə, konfrans АМЕА akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu və Rumıniya Babeş-Bolyai Universitetinin Türkologiya və Mərkəzi Asiya Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə baş tutacaq.
Tədbirdə "Şərq xalqlarının tarixi", "Şərq filologiyası", "Şərq yazılı abidələrinin tədqiqi", "Müasir şərq ölkələrində cərəyan edən sosial-iqtisadi, siyasi və mədəni proseslər", "Şərq ölkələrində din və ictimai fikir, islamşünaslıq", "Şərq-Qərb qarşılıqlı təsir və əlaqələri" və s. mövzularda məruzələr dinləniləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB