Euronews: “ÜST bir neçə gün idi epidemiyanın ikinci dalğasının məhz Avropada qığılcım saçacağını vurğulayırdı”
İspaniyanın Ueska əyalətinin Araqon şəhərində hakimiyyət karantin ölçülərini yenidən tətbiq etməyə başlayıb. Belə ki, orada koronavirusa yoluxma halları qeydə alınmağa başlayıb.
İspaniyanın payxatdı və Bareslonada kritik vəziyyət
SİA xəbər verir ki, bu barədə euronews yazır. Qeyd olunur ki, bu Avropa İttifaqına üzv olan ölkələr sırasında ilk haldır ki, özünütəcridin aradan qaldırılmasından dərhal sonra, praktiki olaraq yeni məhdudiyyətlər tətbiq edilir. Mütəxəssislər hesab edirlər ki, koronavirus infeksiyası meyvə və tərəvəz yığımı ilə məşğul olan mövsümi işçilər arasından yayılıb.
Yoluxma ocaqları hələ ki, lokaldır və eyni zamanda daha iki böyük aqlomerasiyalarda tapılıb. Söhbət ölkənin paytaxtından və Barselonadan gedir.
Almaniyada yenidən koronavirus qığılcımı
Sayt yazır ki, Almaniyadakı vəziyyət də ciddi narahatlıq yaradıb. Belə ki, bu ərəfədə Şimali Reyn-Vestfaliya torpağında yerləşən ət kombinatında 1500 -dən çox infeksiyaya yoluxanlar aşkar edilib.
Yerli sakin Berit Ryurup deyir: “Əlbəttə, psixoloji olaraq bu heç də asan deyil. Artıq insanlar daha yaxşı anlamağa başlayıblar ki, vəziyyət həqiqətən də çətindir və yalnız onların məsuliyyətləri, qanuna riayət etmələrindən də çox şey asılıdır”.
Yeni yoluxma halları yalnız Aİ ərazisində deyil, Britaniyada, xüsusən də şimali Uelsdə qeydə alınmaqdadır
Qeyd olunur ki, ÜST bir neçə gün idi epidemiyanın ikinci dalğasının məhz Avropada qığılcım saçacağını vurğulayırdı - bu sadəcə bir neçə günün məsələsidir. Mütəxəssislərin proqnozlarının özünü nə qədər doğrultmasını demək indi çox çətindir, lakin başqa tərəfdən, infeksiyanın yeni yoluxma halları yalnız Aİ ərazisində deyil, Britaniyada, xüsusən də şimali Uelsdə qeydə alınmaqdadır.
Portuqaliyada kommendant saatı – 1500 insan ölüb
Portuqaliya hakimiyyəti isə profilaktik ölçülər çərçivəsində komendant saatı tətbiq edir. Bu tətbiq restoranlara, barlara, kafe və mağazalara aiddir. Həmin məhdudiyyətlər hələ ki, Lissabona və ətrafına aiddir. Bu barədə ölkənin baş naziri Antoniu Koşta bəyan edib: “Yerli vaxtla axşam saat səkkizdən etibarən hər yer bağlı olacaq”.
Bildirilir ki, bir ay ərzində - mayın sonlarından iyunun sonlarına qədər Portuqaliyada koronavirusa yoluxanların sayı 9 mini ötüb, ümumilikdə isə onların sayı 40 mindən bir az aşağıdır, COVİD-19 1500 portuqaliyalının ölümünə səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB