"Paşinyanın siması Ermənistanın siması oldu" ÖZƏL-RƏY

"Paşinyanın siması Ermənistanın siması oldu" ÖZƏL-RƏY

"İyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammiti keçirilib. Bu Sammitdə cənab İlham Əliyev Azərbaycan-Avropa İttifaqı münasibətlərin inkişafına, qlobal pandemiya ilə mübarizədə beynəlxalq səviyyədə Azərbaycanın verdiyi töhfələrə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, ölkəmizin əldə etdiyi iqtisadi uğurlarla və digər məsələlərlə bağlı əsil dövlət liderinə xas ətraflı çıxış etdi. Sammitdə söz alan Ermənistanın Baş naziri Paşinyan isə savadsız, məntiqsiz, heç bir tarixi faktına əsaslanmayan və işlətdiyi ifadələri ilə özünü heç də küçə adamından fərləndirməyən dövlət rəhbərinə yaraşmayan tərzdə danışdı". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.

Deputatın sözlərinə görə, Paşinyanın danışığı erməni siyasətinin kökündə terrorçuluğun birinci yerdə durduğunu, erməni hakimiyyəti hər zaman terrorçulara dəstək dayandığını bir daha videokonfrans iştirakçılarına sübut etdi: "Online keçirilən videokonfransda Paşinyan tibbi maska taxmaqla və fikirlərini ifadə edə bilməməsi ilə özünü gülünc vəziyyətinə salmış oldu. Yəqin ki, Paşinyan videokonfrans iştirakçılardan internetdən virusa yoluxmasından özünü qoruyurdu. Cənab Prezident sonda yenidən söz alaraq ermənilərin terrorçu mahiyyətini Parisin Orli limanında erməni terroristin törətdiyi partlayışı və 1983-cü ildə ömürlük həbs olunmuş Karapetyanı Ermənistana ekstradisiya olunaraq Ermənistan prezidenti tərəfindən əfv olunnmasını auditoriyanın diqqətinə çatdırdı. Prezident İlham Əliyev çıxışında həmişə olduğu kimi özünü geniş intellekt və böyük iradə sahibi olduğunu bir daha göstərdi. Paşinyan isə dövlət rəhbərləri təmsil olunan bu videkonfransda özünü cılız, savadsız, harda özünün olduğundan xəbərsiz və liderlik xüsusiyyətlərinə malik olmayan bir erməni olduğunu bir daha təqdim etdi. Paşinyanın siması Ermənistanın siması oldu. Sonda Paşinyana İlham Əliyevin "məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim” deməklə susdurması Prezidentimizin ermənilərə verdiyi növbəti tarixi dərsi oldu".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə