"Çiçəklənən Ermənistan" partiyasının katibi Arman Abovyan baş nazirin "sədaqət" andı içən siyasətçilərin boynundan tutularaq parlamentdən atılmalı olduğu barədə ifadəsinə toxunaraq Paşinyanın həmin ifadəsinə cavab verib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, partiya katibi bu gün jurnalistlərlə söhbətində erməni baş nazirə ünvanlanıb.
"Kimin kimi və haradan atacağını zaman göstərəcək. Belə bir aforizm var, “sonda gülən yaxşı gülər”, deyə Arman Abovyan bildirib.
İnsanların “Çiçəklənən Ermənistan” partiyasına qoşulmaqdan necə imtina etdikləri barədə sosial şəbəkələrdə yayılan video materiallara toxunan Arman Abovyan bunun hakimiyyət tərəfindən PR addım olduğunu qeyd edib.
“Bu günlərdə “Çiçəklənən Ermənistan” Partiyasının üzvü olmaq üçün çox sayda insan bizə müraciət edir.
Partiyaya qoşulmaq üçün dörd mindən çox adam gözləyir. İnsanlar yazır, zəng vurur və bizə dəstək olmağa çalışırlar”, deyə Arman Abovyan social şəbəkələrdə yayılan videomaterialları inkar edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB